header

 Allahın insanlar üzərində hakimiyyəti

İslam peyğəmbərinin (s) dini hökumət qurması göstərir ki, dinin siyasətdən ayrı olması nəzəriyyəsi kökündən yanlış və əsassızdır

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ


"Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar... "
 (Sad, 26).


İzah: Din, bəşər səadətinin əhatəli proqramıdır. Siyasət də bəşəri qanunların tənzimlənməsində ən təsirli məsələlərdəndir. Buna görə də qəbul etmək olmaz ki, İslam dininin ən mühüm kitabı – yəni Quran – siyasət və cəmiyyəti idarə etməklə bağlı ümumi məsələlərə diqqət etməmişdir. Peyğəmbərlərin (ə) həyat tərzi və onların tağut hakimlərlə mübarizəsi, həmçinin, onların bəzisinin, məsələn, Davudun (ə), Süleymanın (ə) və İslam peyğəmbərinin (s) dini hökumət qurması göstərir ki, dinin siyasətdən ayrı olması nəzəriyyəsi kökündən yanlış və əsassızdır. İslam, müxtəlif hökumət fərziyyələri arasından – şəxsin xalq üzərində hakimiyyəti və xalqın xalq üzərində hakimiyyəti – hakimiyyətin Allaha məxsus olduğunu bildirir. İslama görə, yeganə legitim hökumət forması Allahın xalq üzərindəki hakimiyyəti, yəni rəhbərliyini Allahın təyin etdiyi hökumətdir. İstər o rəhbər Peyğəmbər (s) olsun, istər imamlar (ə) olsun, istərsə də imamların ümumi canişinləri – din alimləri və vilayəti-fəqih olsun. Sözügedən ayə həzrət Davuda (ə) hakimiyyət verilməsini hekayət edir.

Hədis: İslam peyğəmbəri (s): “Allahın özünü şahənşah adlandıran kəsə qəzəbi tutur. (Çünki) hökmranlıq yalnız Allaha məxsusdur” (Kənzül-ümmal, c. 16, səh. 436, hədis: 45244).

İslam peyğəmbərinin (s) dini hökumət qurması göstərir ki, dinin siyasətdən ayrı olması nəzəriyyəsi kökündən yanlış və əsassızdır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap