header

 Tramp: İstənilən vaxt və qeyd-şərtsiz Ruhani ilə görüşə hazıram

ABŞ prezidenti İran rəhbərliyi ilə görüşə hazır olduğunu bəyan edib.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp istənilən vaxt və ilkin şərtlər olmadan İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazırdır.

Tramp bu haqda jurnalistlər qarşısında çıxış edərkən bəyan edib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəsələr, mən, şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Mən əmin deyiləm ki, onlar buna hazırdırlar, indi onların çətin vaxtlarıdır.”, - deyə o bildirib.

O qeyd edib ki, istənilən zaman İran rəhbərliyi ilə görüşməyə hazırdır.

“Mən bunu güclülük və ya zəiflik nöqteyi nəzərindən etmirəm, düşünürəm ki, bu sadəcə düzgün addımdır. Əgər biz çox əhəmiyyətli hər hansısa bir nəticəyə gəlsək, (İranla olan) əvvəlki (nüvə) sazişdəki olduğu kimi, kağız itkisinə gəlməyəcəyiksə, mən həqiqətən də görüşmək istəyərdim.”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu həm İran, həm ABŞ, həm də bütün dünya üçün yaxşı olardı.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, İran prezidenti BMT sammitində iştirak üçün Nyu-Yorkda olarkən, Tramp 8 dəfə Ruhaniyə görüş təklifi göndərib.

ABŞ prezidenti İran rəhbərliyi ilə görüşə hazır olduğunu bəyan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap