header

 Ayətullah Amili: Ərdəbilin tarixinin müsadirə olunmasına icazə verməyəcəyik

Ərdəbilin imam cüməsi deyib: “Bəziləri Ərdəbil əyalətinin şanlı tarixini müsadirə etmək, Səfəvi və Şah İsmayıl Xətayi hökumətinin tarixini təhrif etmək niyyətindədir. Amma biz Ərdəbilin tarixinə müdaxilə edilməsinə icazə verməyəcəyik.”

Tashaio.com – Ayətullah Seyid Həsən Amili dünən İmam cümə ofisində prezidentin müavini ilə görüşdə deyib: “Ərdəbil əyalətinin müxtəlif yerləri, o cümlədən Xalxal şəhəri xüsusi qabiliyyətlərə malik olduğundan turizm üçün tanınmamış cənnət və gizli xəzinə hesab olunur.

Bizim xüsusi tərkibli və müxtəlif özəlliyə malik olan 60-dan çox mədən sularımız vardır. Belə bir potensiallar dünyada az tapılır. Amma yenə də bu potensialları tanıtmaq üçün daha çox təlaşlara ehtiyac vardır.”

Ərdəbilin imam cüməsi vurğulayıb: “Xarici turistlər və dünya xalqları Ərdəbilin bu turizm potensialları barədə məlumatlandırılsa, Ərdəbil əyaləti ölkədə turistlərin ilk olaraq üz tutduğu məkana çevrilər.”

Ayətullah Amili neçə min illik tarixi olan Şəhəryeri məntəqəsinə işarə edərək deyib: “Bu tarixi məntəqə özü təklikdə müxtəlif turizmləri ölkəyə cəzb etmək qabiliyyətinə malikdir və onu dünyaya tanıtmaq üçün daha çox işlər görülməlidir.”

Ərdəbilin tarixinə və qonaqpərvərliyinə işarə edən imam cümə deyib: “Təəssüflər olsun ki, bəziləri Ərdəbil əyalətinin şanlı tarixini müsadirə etmək, Səfəvi və Şah İsmayıl Xətayi hökumətinin tarixini təhrif etmək niyyətindədir. Amma biz Ərdəbilin tarixinə müdaxilə edilməsinə icazə verməyəcəyik.”

Ərdəbilin imam cüməsi deyib: “Bəziləri Ərdəbil əyalətinin şanlı tarixini müsadirə etmək, Səfəvi və Şah İsmayıl Xətayi hökumətinin tarixini təhrif etmək niyyətindədir. Amma biz Ərdəbilin tarixinə müdaxilə edilməsinə icazə verməyəcəyik.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap