header

 Şərabın Mənəvi və ictimai təsirləri

Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər”

1.Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (“Maidə”, 90-91).

2.Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır.”
(“Bəqərə” surəsi, ayə: 219)

3.“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın.” (“Nisa” surəsi, ayə: 42)

4.“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“Maidə” surəsi, ayə: 90-91)

5. Rəsulullah (s) buyurur:
Hər kim içki içsə iman nuru onun qəlbindən çıxar.

6. Rəsulullah (s) buyurur:
Hər kəs içki içənə salam versə və ya onunla öpüşsə, yaxud onunla qol-boyun olsa,
Allah onun qırx illik əməlini aradan aparar.

7. Peyğəmbər (s) buyurub:
Yəhudiyə və nəsariyə salam verin, lakin içki içənə salam verməyin.İçki içən sizə salam versə, cavab verməyin.

8. İmam Sadiq (ə) buyurub:
İçki içən ilə oturub durmayın.Çünki lənət nazil olsa, məclisdə olanların hamısını tutar.

9. Peyğəmbər (s) buyurub:
Allaha və Qiyamət gününə imanı olan kimsə, içki içilən süfrə başında oturmaz.

10. Rəsulullah (s) buyurur:
Hər kəs öz qəlbində olan Quran ayəsini və ya bir sözünü içki ilə bulasa,Qiyamət günü Quran onunla düşmənlik edər.

İndi dusunun Quran Namaz nurduru, emel edilende nuraniyyet getirer. Nur isə mələklər vasitəsilə nazil olar. İçki içilən evə mələk gəlməz. Aydin və gozəl cavablar.

Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap