header

 4 mindən çox tələbəsi olan İmam Sadiq(ə) kimdən dərs alıb?

Peyğəmbərin (s) əmanət qoyduğu, Qiyamətə qədər Qurandan ayrı düşməyən Əhli-Beyt kimdir?

Tashaio.com - İmamət məsələsi dinin ən mühüm məsələlərindən biridir. İmamət müsəlmanlar üçün peyğəmbərlik qədər önəmlidir. Çünki Peyğəmbərin vəzifəsi Allah Təaladan vəhy almaq, İmamın vəzifəsi isə insanlar arasında yaşadıqları müddətcə dinin bütün məsələlərinə aydınlıq gətirib, insanları Quran barəsində şəxsi rəydən və müxtəlif ixtilaflardan qorumaqdır.

 

Əgər Quran şəxsi rəylər əsasında təfsir edilərsə həqiqi mətləbindən uzaqlaşar, bir ayə barəsində olan təfsir bu barədə düşünən beyinlərin sayı qədər olar. Bu səbəbdən insanlar arasında öz elmini Allahdan alan imamın olması və Allahın kitabını həqiqi mənasında təvil və təfsir edən imamın olması zəruridir.

 

Bu səbəbdən hələdə insanlar axtarış edir, həqiqi imamın sorağındadırlar. Çünki bu, hər kəsin Qurana, hədisə və ağıla əsasən tələb etdiyi bir həqiqətdir.

 

Quran bu barədə buyurur:

“Sonra Biz Kitabı Öz yanımızda seçib pakladığımız şəxslərə miras etdik.”
(Fatir-32)



Quranın seçib pakladığı, bütün Quran sirlərinə vaqif olan bu pak şəxslər kimidi?

 

Peyğəmbər (s) buyurub: “Bu ilahi əmr (din) Qüreyşdən olan 12 imam gəlmədikcə tamama yetişməz”. (Səhih Müslum)

 

Yaxud: “Bu din, qiyamətə qədər sabit olacaq və Qüreyşdən olan 12 imam da olacaqdır”

(Səhih Müslum)

 

Bütün bunlarla yanaşı ağlı da təsdiq edir ki, elmini kimsədən almayan, qiyamətə qədər bəşər üzərində hökmü olan Quranı hər növ təhrifdən qoruyan, Quranın zahir və batinini hər kəsdən mükəmməl bilən şəxslərin olması zəruridir. Bununla da Quran, öz həqiqi mənasından və hədəfindən ayrılmasın.

 

On iki imama (ə) etiqadı olanlar bu şəxsləri İmam Əli (ə) və o Həzrətin övladları bilirlər və onların (ə) heçkimdən dərs almadığına və Qurana tam vaqif olmalarına, şəriəti tam bildiklərinə, heç bir təlim verənə ehtiyacları olmadıqlarına inanıb qəbul edirlər.

 

Buna misal olaraq hər kəsin böyük alim və əxlaq sahibi olamsına etiqadı olduğu, əhli-sünnənin iki böyük məzhəbinin imamları malik bin Ənəsin və Əbu Hənifənin (Nöman bin Sabit) ustadı olmuş İmam Sadiqi (ə) misal çəkmək olar.

 

Əbu Hənifə, İmam Sadiq (ə) barədə deyib: “Cəfər ibn Muhəmməddən (ə) bilikli bir kəs görmədim”. (Zəhəbi.Təzkirətul-Hifaz)

 

Yaxud Malik ibn Ənəs deyib:”Cəfər ibn Muhammədin (ə) yanına gedib-gəldiyim müddətdə onu bu 3 haldan xaric görmədim: Ya namaz qılar, ya oruc olar, ya da ki, Quran oxuyardı. Mən heç vaxt onun (ə) dəstəmazsız hədis dediyini görmədim. Cəfər ibn Muhəmmədin (ə) elmi, ibadəti və pərizkarlığından üstününü nə gözlər görüb, nə qulaqlar eşidib, nə də ki, heç bir bəşəri qəlb bunu hiss etməyib” (Təhzibut-Təhzib. İbn Həcər Əsqəlani)

 

Həmçinin tarixi mənbələrdə İmam Əlidən (ə) öncəki xəlifələrin çətin vəziyyətdə olanda, yəhudi alimlər və kahinləri sual üçün xəlifənin yanına gəldikdə İmam Əliyə (ə) üz tutmaları, İmamın da hər kəsi heyran edəcəyi halda cavab verməsi, yaxud İmam Rzanın (ə) vaxtında elmi bəhslərdə hər kəsin heyran olması, İmam Baqir(ə) heç kəsdən təlim almadan 3 oxu bir-birinə vurması bəşərdən üstün bir elmə malik olmalarının göstəricisi deyilmi?

 

Elə isə bu şəxslər (ə) öz elmini kimdən almışlar?

 

Onları (ə) kim öyrətmişdir?

 

Peyğəmbərin (s) əmanət qoyduğu, Qiyamətə qədər Qurandan ayrı düşməyən Əhli-Beyt kimdir?

 

Allahın Quranda Kitabı miras olaraq əmanət etdiyi paklanmışlar kimdir?

 

Həzrət peyğəmbərin (s) işarə etdiyi, Qureyşdən olan və qiyamətə qədər Quranı təhriflərdən qoruyan 12 imam kimdir?

 

Quranın:” (İbrahim:) “Nəslimdən də (imam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim (imamət) əhdimə nail olmazlar!”– dedi.” Ayəsinə əsasən bu ümmətin zərrə qədər zülm etməyən immları kimlərdir?

 

4 min tələbəsi olan və elmdə misli olmayan İmam Sadiq(ə) bəs kimdən dərs alıb?

Peyğəmbərin (s) əmanət qoyduğu, Qiyamətə qədər Qurandan ayrı düşməyən Əhli-Beyt kimdir?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap