header

 Hörmüz boğazının bağlanılması hər bir barel neftin qiymətinin 400 dollara yüksəlməsinə səbəb olacaq

Neft məsələləri üzrə iraqlı təhlilçi regionda yaşanan gərginliklər üzündən Hörmüz boğazının bağlanılmasının hər bir barel neftin 400 dollara qədər yüksəlməsinə səbəb olacağını deyib.

Həmzə Cəvahiri şənbə günü İraqın Əl-Məlumə telekanalına verdiyi müsahibədə deyib: Hörmüz boğazının bağlanacağı təqdirdə bir çox sənaye ölkəsi iqtisadi baxımdan dağılma nöqtəsinə gələ bilər. Çünki, sənaye neftə ehtiyaclıdır. Buna görə də, Hörmüz boğazının bağlanması üçüncü dünya müharibəsi deməkdir. 

İraqlı mütəxəssisin dediyinə görə, İraq öz neftini ixrac etmək üçün Türkiyə vasitəsilə çıxış yoluna malik olsa da, bu marşruta İraq Kürdüstanı tərəfindən nəzarət edilir. 

Ötən həftə İran İslam Respublikası prezidenti Həsən Ruhani ABŞ-ın İranın neft ixracatı əleyhinə təhdidlərinə cavab olaraq, Ağ Ev başçılarına xitabən tam aydın şəkildə bildirdi ki, Tehran Vaşinqtonun təhdidlərinə qarşı bir çox seçimə malikdir və Hörmüz boğazını bağlamaq bunlardan biridir. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qoşunları komandanı Qasım Süleymani də ABŞ prezidenti Donald Trampa xitabən İrana qarşı savaşın başladılmasını ABŞ-ın regiondakı bütün imkanlarının məhvinə bərabər adlandırıb və deyib: İran belə bir savaşa hazırdır. 

Neft məsələləri üzrə iraqlı təhlilçi regionda yaşanan gərginliklər üzündən Hörmüz boğazının bağlanılmasının hər bir barel neftin 400 dollara qədər yüksəlməsinə səbəb olacağını deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap