Ağ Evin İran əleyhinə məqsədsiz və nəticəsiz addımları
Posted on : iran 07/29/2018
Sabiq amerikalı rəsmi Ağ Evin İrana qarşı siyasətlərinin heç bir məqsədə və nəticəyə malik olmadığını bildirib.
Sabiq dövlət katibinin köməkçisi olmuş Riçard Morfi şənbə günü İRNA ilə müsahibədə ABŞ prezidenti Donald Trampın İranda gərginliyin yaradılmasına hesablanmış səylərini sadəlövhlük adlandırıb və deyib: Ağ Evin İranda iğtişaşların törədilməsinə dair səyləri nəticəsizdir.
Bu sabiq amerikalı rəsmi Tramp hökumətinin İranla bağlı siyasətlərinin uğursuzluğuna işarə edərək, deyib: Ağ Evdə həssas vəzifələr ifratçı insanların əlinə keçib. Amma, onların İran xalqını hazırkı quruluşu dəyişməyə təhrik etmək cəhdləri mənasızdır.
Riçard Morfinin dediyinə görə, Tramp hökumətinin terrorçu münafiqlər qruplaşmasını himayə etməsini heç bir vəchlə əsaslandırmaq olmaz.
ABŞ dövlət katibi Mayk Pompeo bir müddət öncə İran əleyhinə mövqe bildirərəkən terrorçu münafiqlər qruplaşmasını dəstəkləmişdi.
Terrorçu münafiqlər qruplaşmasının illik iclası Parisdə keçirildi. ABŞ prezidentinə yaxın şəxslər də bu iclasda iştirak etmişdilər.
Terrorçu münafiqlər qruplaşması ötən illər ərzində İranda təqribən 17 min insanı terror edib.