header

 Dünya və axirət səadətinizdə mühüm əhəmiyyətə malik bu işləri tərk etməyin – İmam Əli (ə)

İnsan bir fərd olaraq həm özünə, həm də cəmiyət qarşısında məsuldur. Fərd olaraq öz islahı və inkişafı ilə məşğul olmalı, öz dünya və axirət səadəti yolunda əzmlə səy göstərməlidir. Bunun üçün insan ilk öncə öz vəzifəsini bilməlidir. Yəni bir bəndə olaraq özünü tanımalıdır.

İnsan fərd olmaqla yanaşı həm də cəmiyyətin bir parçasıdır. Onun əməl və hərəkətləri özünə nə qədər zərər və faydalıdırsa, cəmiyyətə də bir o qədər təsirlidir.

İmam Əli (ə) insanın dünyasına və axirətinə faydalı olacaq 4 mühüm işə işarə edərək buyurur:

Bu xislətlər kimdə olarsa o, dünya və axirətin xeyrinə yetişər:

Doğruçu olmaq – (Doğruçuluq elə bir xislətdir ki, insan üçün fəsad qarşısında ən gözəl bir sipərdir. Çünki insan doğru danışan olduğu üçün heç bir əməlini gizlədə bilmir)

Əmnətdar olmaq – (Əmanətdar insan ən sadiq və doğruçu insandır)

Halal yeyən olmaq – (Halaldan qazanmaq insan mənəviyyatını ən önəmli qidasıdır. Mərhum Ayətullah Behcətdən qidanın insan mənəviyyatında olan əhəmiyyəti barədə soruşduqda, “Bu ağaca yaxınlaşmayın zalimlərdən olarsınız” (Bəqərə-35) ayəsinin zikr edir və buyurur, bu kimi ayələr bizə catdırır ki, bütün qəflətin, fəsadın, nizamsızlığın əsas səbəbi yemək və içməkdir.

Qəzəb və şəhvətə də hərəkət verən məhz yemək və içməkdir. Bir sözlə bütün fəsadları ardınca çəkib gətirən əsas amil qidadır.

Həmçinin halaldan qazanmaq insanı cəmiyyətdə hörmətli və bacı uca edər)

Gözəl əxlaqlı olmaq- Allah Rəsulu buyurub: Mən əxlaqı kamilləşdirmək üçün məbus edilmişəm. Düzgün və gözəl əxlaq həm insanın, həm də cəmiyyəti ən ehtiyaclı olduğu bir məsələdir. Çünki insanlığın və cəmiyyətin bütövlüyünün mövcudluğu məhz bu xislətə bağlıdır.

Əqidə və etiqadından aslı olmayaraq hər bir kəs və hər bir cəmiyyət bu 4 mühüm xisləti qoruyub saxlamalıdır. Axirətə etiqadı olanlar bu xislətləri qorumaqla əbədi səadətə, axirətə etiqadı olmayanlar isə ən azı dünya rifahına nail olarlar.

İnsan bir fərd olaraq həm özünə, həm də cəmiyət qarşısında məsuldur. Fərd olaraq öz islahı və inkişafı ilə məşğul olmalı, öz dünya və axirət səadəti yolunda əzmlə səy göstərməlidir. Bunun üçün insan ilk öncə öz vəzifəsini bilməlidir. Yəni bir bəndə olaraq özünü tanımalıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap