header

 ABŞ tayı-bərabəri olmayan abidəni İrana qaytarır

Həmin tarixi artefaktın 2,5 min ildən çox yaşı var.

Tashaio.com-un “New York Times”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Ali məhkəməsi tarixi artefaktın İrana qaytarılması haqda qərar qəbul edib. Alimlərin fikrincə, həmin tarixi artefaktın 2,5 min ildən çox yaşı var.

Elmi cəmiyyət həmin artefaktı misli-bərabəri olmayan bir şey kimi qiymətləndirir. O, Əhəmənilər dövrünə aid fars keşikçisinin təsvir edildiyi barelyefdir.

82 il öncə oğurlanaraq İrandan çıxarılan artefakt rəssamlıq sərgisində nümayiş etdirilib, lakin Manhetten Dairə Prokurorluğu satışın qarşısını alıb.

Sözügedən abidə 1936-cı ildə İranın tarixi Persepolis şəhərindən oğurlanıb. Daha sonra isə o Monrealın incəsənət müzeyində “peyda olsa da”, oradan da oğurlanıb.

Daha sonra o Londonda yaşayan Rupert Veys və həmkarı Sem Foqdan tapılıb. Onlar iddia edirdilər ki, barelyefi Monreal Müzeyinin sığorta şirkətindən qanuni yolla əldə ediblər.

Prokurorluqla danışıqlardan sonra, kolleksionerlər 1,2 milyon dolların müqabilində onu qaytarmağı qəbul ediblər.

Həmin tarixi artefaktın 2,5 min ildən çox yaşı var.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap