header

 Qarabağda Azərbaycan əleyhinə hazırladığı diversiya təşkilatları barədə ilginc faktlar

İlham İsmayıl: “Ermənistan və qondarma “DQR” tərəfindən hazırlanan belə qruplar işğal olunmuş ərazilərimizdə, əsasən də dağ və meşələrdə hazırlanır, onlar uzun müddət ac saxlanılır, xüsusi təlimlər keçirlər”

Azərbaycanın 26 ildir ki, işğal altında qalan ərazilərində terrorçu düşərgələrinin yaradılmasına və həmin düşərgələrdə silahlı yaraqlıların hazırlanmasına dair dəfələrlə ciddi faktlar yayılıb. Həmin qruplaşmaların mərkəzlərdən gələn təlimatlarla hərəkət etdiyi bildirilib. 

 

Bu yaxınlarda isə ölkə mediasında işğal olunmuş Kəlbəcər rayonunun dağ və meşələrində ölkəmizə qarşı teraktlar törətmək məqsədi ilə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayılıb. Görüntülər “You Tube” kanalına istinadla təqdim edilib.

 

Yaxşı, bəs terror qruplaşmasının yaradılması Qarabağ məsələsində Ermənistana hansı üstünlük qazandırır və Azərbaycan tərəfi buna qarşı hansı addımları atmalıdır?

 

“Tashaio.com”nə fikirlərini ifadə edən sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, terror təşkilatları adlandırdığımız həmin qruplar düşmən tərəfindən rəsmi şəkildə hazırlanan təxribat-kəşfiyyat-diversiya qrupudur: “Onları İŞİD, ASALA, yaxud hansısa silahlı təşkilat yaradıb təlim keçmir. Bu diversiya qrupları birbaşa Ermənistan və qondarma Dağlıq Qarabağ hakimiyyətinin göstərişilə yaradılan silahlı təşkilatlar, Azərbaycan ərazilərində təxribat, terror, insan qətlləri törətmək üçün təlim keçən diversantlardır. Ona görə də Azərbaycan bütün bunlara, qabaqlayıcı tədbirlərə həmişə hazır olmalıdır”.

 

Ekspert qeyd etdi ki, belə qruplar işğal olunmuş ərazilərimizdə, əsasən də dağ və meşələrdə hazırlanır, onlar uzun müddət ac saxlanılır, xüsusi təlimlər keçirlər: “Bunlara biz terror təşkilatları deyə bilərik, amma onda Ermənistanın məsuliyyəti azalır. Bu təxribat-diversiya təşkilatları məhz Ermənistan və “Dağlıq Qarabağ Respublikası” rəhbərliyinin təşkilatçılığı ilə yaranan qruplardır”.

İlham İsmayıl: “Ermənistan və qondarma “DQR” tərəfindən hazırlanan belə qruplar işğal olunmuş ərazilərimizdə, əsasən də dağ və meşələrdə hazırlanır, onlar uzun müddət ac saxlanılır, xüsusi təlimlər keçirlər”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap