header

 İMAM RZA (Ə): CƏNNƏT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDUR!

CƏNNƏT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDUR!

Hərəvi nəql edir ki, imam Rzaya (ə) dedim:

يَا بنَ رَسولِ اللّه‏ِ، فَأَخبِرني عَنِ الجَنَّةِ وَالنّارِ أهُمَا اليَومَ مَخلوقَتانِ؟

“Ey Peyğəmbər övladı, mənə cənnət və cəhənnəmin hal-hazırda yarandığı və ya mövcud olduğunu deyə bilərsinizmi?”

İmam Rza (ə) buyurdu:

نَعَم، وإنَّ رَسولَ اللّه‏ِ (ص) قَد دَخَلَ الجَنَّةَ ورَأَى النّارَ لَمّا عُرِجَ بِهِ إلَى السَّماءِ.

 

“Bəli! Peyğəmbəri-Əkrəm (s) “merac”a aparıldığı zaman həm behiştə daxil olub, həm də cəhənnəmi görüb.”

Dedim:

إنَّ قَومًا يَقولونَ: إنَّهُما اليَومَ مُقَدَّرتانِ غَيرُ مخَلوقَتَينِ.

“Bəziləri deyirlər ki, behişt və cəhənnəm (Allah tərəfindən) müəyyən (müqəddər) olunsa da, hələ yaranmamışdır.”

İmam (ə) buyurdu:

ما اُولئِكَ مِنّا ولا نَحنُ مِنهُم، مَن أنكَرَ خَلقَ الجَنَّةِ وَالنّارِ فَقَد كَذَّبَ النَّبِيَّ (ص) وكَذَّبَنا، ولا مِن وَلايَتِنا عَلى شَيءٍ، ويُخلَدُ فِي نارِ جَهَنَّمَ، قالَ اللّه‏ُ عَزَّوجَلَّ: »هذِهِ جَهَنَّمُ الَّتي يُكَذِّبُ بِهَا المُجرِمون. يَطوفونَ بَينَها وبَينَ حَميمٍ آنٍ«.

“Onlar bizdən deyil və biz də onlardan deyilik. Kim behişt və cəhənnəmin yarandığını inkar etsə, Peyğəmbəri (s) və bizi təkzib edib və o, bizim vilayətimizdən xaricdir, cəhənnəmdə də əbədi qalacaq. Allah-Taala buyurur: “Günahkarların təkzib etdikləri cəhənnəm budur! Onlar onunla qaynar suyu arasında sərgərdan qalarlar.” (“Ər-rəhman” surəsi, ayə: 43-44; “Sifatuş-şiə”, səh.85, hədis: 203.)

CƏNNƏT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDUR!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap