header

 ABŞ-lı eks-rəsmi: İran Trampa baş əyməyəcək

"Donald Trampın “Twitter”-dəki son yazısı diqqəti yayındırmaq cəhdidir."

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şerman bildirib ki, iranlılar Donald Trampa təslim olmurlar.

Şerman ABŞ prezidentinin İrana qarşı son təhdidlərinə işarə edərək Trampın hərəkətlərini zəiflik göstəricisi kimi izah edib və qeyd edib ki, iranlılar təslimiyyəti qəbul etmirlər.

O əlavə edib ki, Donald Trampın “Twitter”-dəki son yazısı diqqəti yayındırmaq cəhdidir. Tramp güman edir ki, əgər öz bəyanatlarını uca səslə edərsə, onlar daha yaxşı eşidiləcəklər. Lakin ciddi məsələlərdə sakit və rəvan səs tonu daha yaxşı nəticələrə səbəb olur.

Şerman istehza ilə deyib ki, hazırda ABŞ-ın İran və Şimali Koreyaya qarşı planları olan prezidenti var, lakin buna baxmayaraq Trampın real nəticələrə səbəb ola biləcək heç bir praktiki strategiyası yoxdur.

"Donald Trampın “Twitter”-dəki son yazısı diqqəti yayındırmaq cəhdidir."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap