header

 Azərbaycandan CAVAB: `Onlara elə zərbə endirəcəyik ki...`

İşğal altındakı Qarabağ ərazilərində qurulmuş cinayətkar hərbi rejimin qondarma müdafiə naziri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyik” barədə dediklərinə Azərbaycanın Müdafiə Nazirliyi cavab verib.

Tashaio.com-in məlumatına görə, nazirliyin mətbuat xidməti bildirib:

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.

Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.

İşğal altındakı Qarabağ ərazilərində qurulmuş cinayətkar hərbi rejimin qondarma müdafiə naziri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyik” barədə dediklərinə Azərbaycanın Müdafiə Nazirliyi cavab verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap