header

 İranda terrorçularla qarşıdurma olub - 11 təhlükəsizlik qüvvəsi həlak olub

İranın İraq-Kürdüstan Muxtariyyəti ilə sərhədi zolağında yerləşən Kordestan əyalətinin Mərivan rayonu ərazisində terror birləşmələri hücum həyata keçiriblər.

Tashaio.com FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Kordestan əyalətinin Mərivan rayonunun polis rəisi Məhəmməd Şəfii məlumat verib.

 

Mənbə bildirib ki, sərhəd zolağında yerləşən Dəri-Ruy kəndində “Bəsic”in qərargahına terroçular hücum ediblər. Qarşıdurma zamanı 11 Bəsic və Sepah üzvü həlak olub və daha 11-i yaralanıb.

 

Hələ heç bir qruplaşma bu hücumu üzərinə götürməyib.

 

Qeyd edək ki, İranın bu bölgəsində hücumları adətən PJAK terror təşkilatı törədir.

İranın İraq-Kürdüstan Muxtariyyəti ilə sərhədi zolağında yerləşən Kordestan əyalətinin Mərivan rayonu ərazisində terror birləşmələri hücum həyata keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap