header

 Ayətullah Xameneidən namazın əhəmiyyəti ilə bağlı mühüm mesaj

Namazın doğru qılınmasında hamımız məsuluq!

Tashaio.com - İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei, İranda keçirilən 25-ci Namaz Konfransına göndərdiyi mesajda namazın qılınması məsələsində hər kəsin məsuliyyət daşıdığına toxunaraq, namazın layiq olduğu şəkildə tanınması və təbliği lazım olduğunu vurğulayıb.

 

Ayətullah Xameneinin bu mövzudakı çıxışı:

 

Bismillahir-Rəhmanir-Rəhim.

 

 

 Namaz, ümmətin bütün fərdlərinə təqdim olunan bir inci kimidir və bu vəsilə ilə Allahın hidayət və rəhmətinə nail olmaq və həyatı doğru bir istiqamətdə, xeyir və bərəkətlə təchiz etmək mümkündür. Hər bir fərdin mənəvi sağlamlığı namaza bağlıdır.  Hər bir cəmiyyətin səadəti, rifahı və gözəl həyatı yalnız namazı icra etmək vəziyyətində əldə edilə. Kitab və Sünnədə namazın icrası üçün edilən bu qədər vurğunun hədəfi yalnız, bu rəhmət qapısının müsəlman fərdləri və cəmiyyətləri üçün açıq qalması və ondan istifadə etmə imkanının təmin edilməsindən ibarətdir.

 

 İslamı İranda illərdir "namazın doğru olması prinsipi" qəbul etmişdir. Yorulmaq bilməyən və mücahid alim Huccətul İslam Qıraətinin gərgin səylərilə keçirməkdə olan bu illik konfransda namazın genişləndirilməsi və lazımi keyfiyyətə yüksəldilməsi məqsədilə tövsiyələr verilir. Bununla yanaşı onu etiraf etmək lazımdır ki, nə qədər fərdi və ictimai dərdin dərmanı olan bu ilahi vacibatın haqqı tam əda etməmişdir. Biz rəsmi şəxslər, biz katiblər, biz məsuliyyətlilər, biz üləma və dini təbliğ edib, tərbiyə edənlər, xalqın bütün fərdləri və təbəqələri, bəli, hamımız namazın icrası sahəsindəki məsuliyyətlərimizdə cavabdehik.

 

 Namazı Quran və hədisdə bəyan olduğu kimi layiqi olan mövqeyinə yerləşdirmək üçün hamımız səy göstərməli, tanımalı və tanıtmalı, şəxsi işlərimizi də namaz tənasüb şəkildə dirçətməliyik.

 

 Allahdan sizlərin və cənab Qiraətinin uğurlarını diləyirəm.

 Allahın salam və rəhməti üzərinizə olsun!

Namazın doğru qılınmasında hamımız məsuluq!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap