header

 Suriya ordusu bu şəhərdə qələbə bayrağını qaldırdı

Dəra əyalətinin qubernatoru zəfər ilə bağlı danışıb.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu Dəraa əyalətinin terrorçulardan təmizlənmiş Bosra əş-Şam yaşayış məntəqəsində ölkə bayrağını dalğalandırıb.

Bu gün biz Suriya tarixinin yazıldığı şəhərdə Suriya Ərəb Respublikasının bayrağını qaldırdıq. (Bu şəhər) müsəlmanların, xristianların, romalıların yaşadığı ən qədim şəhərdir. Onların hamısı bu şəhərin inşasında iştirak ediblər. Biz, dostlarımızın və ordumuzun sayəsində bu şəhəri azad edə bildik. Artıq burada yeni həyat başlayır.”, - deyə əyalət qubernatoru Muhəmməd Xalid Hannus bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlara görə əyaləti 13 minə yaxın ailə tərk etmişdi, hazırda onların demək olar ki, hamısı öz evlərinə geri dönüb.

Dəra əyalətinin qubernatoru zəfər ilə bağlı danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap