Suriyada naməlum hərbi təyyarə qəzaya uğradı
Posted on : Digər sahələr 07/18/2018
Hadisə Əl-Həsəkədə baş verib.
Tashaio.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın Əl-Həsəkə əyalətinin Şəddadi şəhərinin yaxınlığında naməlum hərbi təyyarə qəzaya uğrayıb. Yerli sakinlər hadisə yerindən kadrlar paylaşıblar.
Ehtimala əsasən, təyyarə ABŞ-ın başçılıq etdiyi koalisiyaya aiddir, çünki bu bölgə həmin koalisiyanın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin nəzarəti altındadır.