Müsəlman ölkəsi saxta məlumat yayan KİV-lərlə bağlı qanun qəbul etdi
Posted on : Əqidələr 07/18/2018
Misir parlamenti yeni qanun qəbul edib.
Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Misir parlamenti yeni qanun qəbul edib. Həmin qanun ölkə rəhbərliyinə “feyk”, yalan xəbərlərin yayılması ilə məşğul olan sosial şəbəkə istifadəçi adlarını blok etmək, həmçinin bu cür fəaliyyətlə məşğul olan jurnalistləri cəzalandırmaq hüququ verir.
Artıq, yeni qanuna əsasən, 5 mindən çox izləyicisi olan bütün sosial şəbəkə istifadəçilərinin adları Misirdə KİV hesab ediləcək.
Yeni qanunun icrasına nəzarət isə Misirin KİV-lərin nizamı ilə məşğul olan Ali Şurasına tapşırılıb. Sözügedən şuraya isə yaxın zamanda Misir prezidenti Əbdül Fəttah Sisi tərəfindən başçı təyin ediləcək.