Yəmən ordusu və Ənsarullah BƏƏ qüvvələrini ballistik raketlə vurdu
Posted on : Digər sahələr 07/17/2018
Yəmənin Əl-Məsirə televiziyası Yəmən ordusu və inqilabi xalq komitələrinin raket qoşunları qısa mənzilli ballistik raketlə ölkənin Qərb sahilindəki işğalçı qüvvələrin Quzat hərbi düşərgəsini vurduğunu və düşərgəni darmadağın etdiyini bildirib.

Tashaio.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bağlı havadan müdafiə sisteminin Yəmən ordusu və inqilabi xalq komitələri tərəfindən atılan ballistik raketi vurduğu bildirilib.
Yəmənin xain qüvvələrinin Moha briqadalarının komandanı Ömər Duvbəl Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamasında, ölkənin qərbindəki Moha şəhərindəki BƏƏ-nin yerləşdiyi liman ərazisinə atılan ballistik raketin havada məhv edildiyini deyib. O, Patriot müdafiə sistemləri tərəfindən vurulan ballistik raketlərin şəhərin liman bölgəsindəki BƏƏ düşərgələrini hədəfə aldığını bildirib.
Havada məhv edilən raket hissələrinin şəhərin ətrafındakı boş əraziyə səpələndiyini deyən Duvbəl, hücumda ölən və yaralananların olmadığını qeyd edib.