header

 İran səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq”

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq.

Tashaio.com-in xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Rəşt şəhərində iş adamları ilə keçirdiyi görüşdə deyib. Səfir bildirib ki, hazırda iki ölkə arasında ticarət mübadiləsinin miqdarı gömrüklər vasitəsilə 500 milyon, neft ixracatı üzrə 350 milyon, turizm sektorunda isə 400 milyon dollara çatıb.

 

Diplomat nəzərə çatdırıb ki, hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək bütün sahələr üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə səmərəli fəaliyyət göstərirlər. Məhz prezidentlərin fəaliyyətlərinin nəticəsidir ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti çəkilərək istifadəyə verilib. Hazırda bu yol vasitəsilə İran Azərbaycan üzərindən idxal və ixrac əməliyyatlarını həyata keçirir. Gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astar yolu da çəkiləcək və İran ilə Azərbaycanın ticarət dövriyyəsi artacaq. Bununla yanaşı Azərbaycan tranzit rolunu oynayaraq İran mallarının Rusiya və Avropa dövlətlərinə daşınmasında əhəmiyyətli rol oynayacaq.

 

İranlı diplomatın sözlərinə görə dəmir yolunun istifadəyə verilməsi Azərbaycan ilə sərhəddə yerləşən Gilan vilayətinin iqtisadiyyatı və əhalisinin sosial vəziyyəti yaxşılaşacaq. 

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap