header

 Ayətullah Xameneyi: “Həcc təkcə mənəvi məsələ deyil, həm də...”

“Heç kimin də haqqı yoxdur ki, Həcc ayini əməllərinin qarşısını alsın. Hər hansı bir hökumət və ya dövlət qurumu bunu edərsə, Quranın buyurduğu kimi "Allah yolunun qarşısını kəsmək" işini görür".

“Heç kimin də haqqı yoxdur ki, Həcc ayini əməllərinin qarşısını alsın. Hər hansı bir hökumət və ya dövlət qurumu bunu edərsə, Quranın buyurduğu kimi "Allah yolunun qarşısını kəsmək" işini görür". 
 
Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.
 
Cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə bu gün səhər baş tutan görüşü zamanı O , bildirib ki, Məkkə və Mədinə (Kəbə, Məscidül-Haram, və Məscidül-Nəbi) müqəddəs yerlərin yerləşdiyi əraziyə hökmranlıq edən şəxslərə deyil, bütün müsəlmanlara aiddir. 
 
“Həcc ziyarətində müsəlmanların müəyyən olunmuş vaxt və yerdə toplaşması mənəviyyatdan daha üstün məqsəd üçündür. Ən önəmli məqsədlərindən biri  müsəlmanların birləşməsi, bir-biri ilə əlaqə qurması, anlaşması və İslam ümmətinin formalaşması məsələsidir".
 
Ayətullah Xamenei onu da əlavə edib ki, bəzi nadan və qərəzli insanlar gənc nəslə dinin siyasətdən, elm və yaşam tərzindən ayrı olduğunu təlqin etməyə çalışırlar. “Lakin Həcc ziyarəti  “din və siyasətin” bir-birini tamamlamasının əməldə göstərilməsi üçün bir fürsətdir. Həcc ziyarəti əməl meydanı, din və siyasət, dünya və axirət,  mənəviyyət və maddiyyatı birləşdirən bir ayindir. Odur ki, həqiqi Həcc ziyarəti müşriklərlə mübarizə, müsəlmanlar arasında isə vəhdət və birlik üçün zəmin yaratmalıdır”.
 
Ayətullah Xamenei Minada və Məscidül-Haramda baş vermiş məlum faciə ilə bağlı danışaraq bunu böyük zülm adlandırıb. “Aidiyyatı qurumlar müxtəlif vasitələr, o cümlədən beynəlxalq qurumlar vasitəsilə bu məsələni davamlı araşdırmalıdır. İslam Respublikasının iştirakı ilə faktaraşdırıcı qrup yaradılmalı və haqqı tapdanılan şəxslərin hüquqları bərpa olunmaldır. Səudiyyə hökuməti hacıların təhlükəsizliyinin təminini yerinə yetirmədi və ölən şəxslərin qan pulunu ödəmədi”.
 
Ayətullah Xameni İslam ümmətinin vəhdətinin zərurəti məsələsinə toxunaraq bildirib ki, düşmən hər vasitə ilə müsəlmanlara qarşı hücum edir. “Hazırda ABŞ Fələstinlə bağlı öz şeytani siyasətinin adını “Əsrin müqaviləsi” qoyub. Lakin bilsinlər ki, İlahi yardımla bu  “Əsrin müqaviləsi” heç vaxt baş tutmayacaq. ABŞ rəsmilərinin bütün səyləri puç olacaq, Fələstin məsələsi heç vaxt unudulmayacaq və Qüds paytaxt olaraq qalacaq. Fələstin xalqı bu çirkli plan qarşısında  müqavimətini davam etdirdikcə müsəlman xalqlarından dəstək alacaq. Saxta sionist rejiminin kökünün Fələstin torpaqlarından kəsildiyi gün isə uzaqda deyil”.
 
 
 
 
 
 
 
 
 
“Heç kimin də haqqı yoxdur ki, Həcc ayini əməllərinin qarşısını alsın. Hər hansı bir hökumət və ya dövlət qurumu bunu edərsə, Quranın buyurduğu kimi "Allah yolunun qarşısını kəsmək" işini görür".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap