header

 Yəmən ordusu Səudiyyə Ərəbistanında 4 kənddə nəzarəti ələ keçirdi

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Səudiyyə rejiminin nəzarəti altında olan torpaqların cənubunda yerləşən Cizan bölgəsində 4 kənddə nəzarəti ələ keçirməyi bacarıblar.

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Səudiyyə rejiminin nəzarəti altında olan torpaqların cənubunda yerləşən Cizan bölgəsində 4 kənddə nəzarəti ələ keçirməyi bacarıblar.

 

Tashaio.com Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli bir hərbi mənbə Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Cizanda 4 kəndi ələ keçirməklə yanaşı, regiondakı Səudiyyə rejiminin ordu qüvvələrinin bəzi mövqelərini də ələ keçirdiklərini bildirib.

 

Mənbə Cizandakı əməliyyat nəticəsində Səudiyyə rejiminin bir neçə əsgərinin öldüyü və yaralandığını, bəzi əsgərlərin də əsir düşdüyünü bildirib.

 

Dünən (15 iyul) Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin keçirdiyi digər bir əməliyyatda Yəməndə yüksək səviyyəli bir səudiyyəli komandirin öldürüldüyü bildirilib.

 

Əl-Məyadin televiziyasının xəbərinə görə, Yəmənin qərb sahilində Səudiyyə rejiminin koalisiya qüvvələrinə bağlı Xalid bin Vəlid qərargahının komandiri 7 hərbçi ilə birlikdə öldürülüb.

 

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin verdiyi açıqlamasına görə, həmin səudiyyəli komandir və yanındakılar, bir minanın partlaması nəticəsində ölüblər.

 

Bu arada, Yəmənin Müdafiə Nazirliyi açıqlama verərək, Yəmən ordusunun cənubda yerləşən Nəcranda Səudiyyə rejiminin Milli Qvardiya qüvvələrinin mövqelərini qısa mənzilli balistik raketlə vurulduğunu bildirib.

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Səudiyyə rejiminin nəzarəti altında olan torpaqların cənubunda yerləşən Cizan bölgəsində 4 kənddə nəzarəti ələ keçirməyi bacarıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap