header

 O Xanıma niyə “Əhli-Beytin (ə) kəriməsi” deyirlər?

“Əhli-Beytin (ə) kəriməsi” ləqəbi İmam Sadiq (ə) tərəfindən Həzrət Məsuməyə (s.ə.) verilmişdir. Hədisə əsasən, İmam Sadiq (ə) dua ilə Həzrət Fatimənin (s.ə) qəbrini tapmağa çalışan Ayətullah Nəcəfiyə buyurmuşdur: “Sənə eşq olsun, Əhli-Beytin (ə) kəriməsi”.

Həzrət Məsumeyi-Fatimə (s.ə) İmam Sadiqin (ə) qızı Fatimədən, o, İmam Baqirin (ə) qızı Fatimədən, o da İmam Səccadın (ə) qızı Fatimədən, o da İmam Hüseynin (ə) qızı Fatimədən, o da Əmirəl-möminin (ə) qızı Zeynəbdən (ə), o da Həzrət Fatimeyi-Zəhradan (s.ə) nəql edir: “Həqiqətən o kəs ki, Ali-Muhəmməd məhəbbəti ilə ölər – şəhid ölmüş deməkdir”.

Həzrət Məsumənin (s.ə.) ləqəbi

Hədisə əsasən, Həzrət Məsumənin (s.ə) ilk ləqəbini qardaşı İmam Rza (ə) qoymuşdur. O, bacısına qarşı olan İlahi münasibətinə və bacısının mənəvi məqamına görə ona belə ləqəb qoymuşdur. Bu İmam (ə) buyurur: “Hər kim Məsuməni Qumda ziyarət edər, elə bir kəs kimi olar ki, məni ziyarət etmişdir”.

Ziyarətinin fəziləti

O Həzrətin (s.ə.) ziyarətinin fəziləti haqda çox söz deyilmişdir. Belə ki, İmam Rza (ə) Qum şəhərinin görkəmli alimlərindən birinə buyurmuşdur: “Ey Səyid (ibni Səyid) bizdən sizin yanınızdan qəbir var”. Səyid ibni Səyid deyir: “Siz Musa ibni Cəfərin (ə) qızı Fatimənin qəbrini deyirsiniz?” Buyurur: “Bəli, hər kim onu ziyarət edər və onun haqq olduğuna agah olarsa - behiştlikdir”.

İmam Sadiqdən (ə) nəql edilir: “Hər kim onu ziyarət edər, behişt ona vacib olar”.

Başqa bir yerdə deyilir: “Onu ziyarət etmək behiştə bərabərdir”.

İmam Cavaddan (ə) nəql edilir: “Hər kəs Qumda bibimin qəbrini ziyarət edər, behiştə gedər”.

Həzrət Məsumənin (s.ə.) məsur ziyarəti

Həzrət Məsumənin (s.ə.) xüsusiyyətlərindən biri də budur ki, hərəmin girişində Məsumlar (ə) tərəfindən ziyarətnamə yazılmışdır. O, Xanım Zəhradan (s.ə) sonra tək xanımdır ki, məsur ziyarəti vardır. Aminə binti Vəhəbin, Fatimə binti Əsədin, Xədicə binti Xuveylədin, Fatimə ummu Bəninin, Zeynəbi-Kübranın (s.ə), Həkimə Xatunun, Nərgiz Xatunun ali məqamlarına heç kimin şübhəsi yoxdur. Ancaq onların hərəmində Məsumlar (ə) tərəfindən məsur ziyarət yazılmamışdır. Bu da Həzrət Məsumənin (s.ə.) məqamına bir daha işarə edir.

Əhli-Beytin (ə) kəriməsi Həzrət Məsumə (s.ə)

Həzrət Məsumə (ə) fiqhin dəyərli alimləri tərəfindən Kərimə ləqəbi ilə yad edilir. Əhli-Beytin (ə) xanımları içərisində bu gözəl ad ancaq o Həzrətə (s.ə) aiddir. Mərhum Ayətullah Mərəşi Nəcəfinin yuxusuna əsasən, bu ləqəbi Həzrət Məsuməyə İmam Sadiq (ə) qoymuşdur. Bu yuxuda İmam Sadiq (ə) dua ilə Həzrət Fatimənin (s.ə) qəbrini tapmağa çalışan Ayətullah Nəcəfiyə buyurmuşdur: “Sənə eşq olsun, Əhli-Beytin (ə) kəriməsi”.

“Əhli-Beytin (ə) kəriməsi” ləqəbi İmam Sadiq (ə) tərəfindən Həzrət Məsuməyə (s.ə.) verilmişdir. Hədisə əsasən, İmam Sadiq (ə) dua ilə Həzrət Fatimənin (s.ə) qəbrini tapmağa çalışan Ayətullah Nəcəfiyə buyurmuşdur: “Sənə eşq olsun, Əhli-Beytin (ə) kəriməsi”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap