header

 Debkatayl: İran İsrail haqqında mühüm məlumat əldə etmişdir

İşğal olunmuş Fələstinin şimal sərhədlərində vəziyyətin gərginləşməsi və sionist rejimin müqavimət qrupları ilə yeni toqquşma ehtimalının artmasından nigəran olduğu halda məlumat mənbələri gerçəkliklər haqqında yeni iddialar irəli sürürlər

Tashaio.com-Debkafayl təhlükəsizlik portalı –bəzilərin dediyinə görə sionist rejimin təhlükəsizlik mənbələrinə yaxındır-öz raportunda bir pilotsuz təyyarənin işğal olunmuş Covlana nüfuzu bəhanəsilə sionist rejimlə Suriya arasında baş verən cüməaxşamı toqquşmalarına işarə edərək yazmışdır ki, bu təyyarənin əraziyə soxulması müqavimət hərəkatı üçün nailiyyətlər qazandırmşdır. Əvvəllər bu təyyarənin Suriya dövlətinə aid olduğu və ordunun Dəra müxalifətinə qarşı əməliyyatında təsadüfi olaraq işğal olunmuş Fləstinin şimal fəzasına daxil olmuşdur, dyilirdi. Bir saatdan sonra isə sionist rejimin hərbi rəsmiləri iddia etdilər ki, ehtimalən bu, plan üzrə olmuş və 15 dəqiqə öz uçuşunu düz xətdə davam etdirmişdir. Sionist rejimi ordusunun sözçüsü sonra bildirmişdir ki, pilotsuz təyyarəni mühasirəyə almaq üçün 4 qırıcı təyyarə və 2 hərbi helikopter göndərilmişdir. 15 dəqiqədən sonra isə Patriot raketdən müdafiə sisteminə təyyarəni nişan almaq əmri verilmişdir. Sionist rejimin qırıcıları həmin bəhanə ilə Suriya ordusuna aid 3 hərbi qərargahı nişan aldılar. Debkafayl portalına gəldikdə isə məlumat mənbələrindən və öz icmalçılarından nəql edərək bu təsadüfi nüfuzun nailiyyətləri haqqında yazmışdır: “suriyalilar, iranlılar və hizbullah bu hadisədən öyrəndilər ki, İsrail ordusu ali baş komandanının qırmızı xətt razılığından istifadə edərək Rusiyanın həmimim qərargahı komandanlığından atəş icazəsi alması ən azı 15 dəqiqə vaxt aparır”.

Bu portal sionist rejimi ordusunun havadan müdafiə əməliyyatı sürətinin aşağı olmasını tənqid edərək davam etdirmişdir: “deyilən pilotsuz təyyarə silahlı olmasa da işğal olunmuş Covlanda həyəcan siqnalları işləmədi və Əl-Cəlil sahilində əylənənlər ehtimali təhlükə haqqında heç bir siqnal eşitmədilər. Siqnallar yalnız patriot raketləri atıldıqdan və hədəfə dəydikdən sonra səsləndi”. Sionist rejim ordusu gecəyarısından sonra və bütün ehtimalları nəzərdən keçirdikdən, pilotsuz təyyarənin hava məkanına soxulduqdan və Suriya ordusunun Qənitərədəki qəraragahlarının vurulduğundan sonra cavab verdi. Debkafayl Telavivin bu kimi əməliyyatlarının adiləşdiyini və effektsiz olduğunu qeyd etdikdən sonra artırmışdır: belə çıxır ki, İsrail ordusu Suriyadakı belə hadisələrlə əlaqədar əvəzçıxma əməliyyatını gündəmə gətirmişdir. Bu plan Fələstin qruplarının Qəzzə zolağındakı əməliyyatları haqqında çoxdandır tətbiq edilir. Bunun nəticəsi isə İsrail ordusunun müdafiə bacarığının zəifləməsindən başqa bir şey deyildir. Portal sionist rejimi ordusunun səhərçağı əməliyyatının yeganə hədfini baş nazir Benyamin Netanyahunun Rusiya federasiyasının prezidenti Vladimir Putinlə görüşündə İranın və dəstəklədiyi qüvvələrin Suriyadan çıxmasına dair hədələrindən güzəştə getməyəcəyini elan etməkdə bilmişdir.

Debkafayl yazılarının yekunu olaraq bu əməliyyatın üç nəticəsi olacağını qeyd etmişdir:

  • Netanyhunun Putinlə müzakirəsinin heç bir xeyri olmamışdır. Yalnız hər iki tərəf hərbi toqquşmaqdan çəkinməyi vurğulamışlar.
  • İranın və hizbullahın Suriyada olmasına dair nəticə alınmamışdır.
  • İsrail və Suriyanın Qənitərə üzərindəki zor sınaqları başlanmışdır.

Netanyahu çərşənbə günü Rusiyada keçirilən dünya kuboku futbolunun yarımfinal mərhələsinə baxmaq üçün bu ölkəyə etdiyi səfərdə Putinlə də görüşmüş və ondan istəmişdir ki, tezliklə İranı Suriyadan çıxarsın.

Lakin o, Rusiya səfərindən qayıtmazdan əvvəl mətbuata bəyanatda iddia etmişdir ki, Telavivin Bəşşar Əsədin hakimiyyətdə qalmasında heç bir problemi yoxdur. Amma İran və Hizbullah bu ölkədə qalmamalıdır. 18 tirdə də sionist rejimin qırıcıları Suriyanın hava məkanına təkrar soxulmaqla T4 qərargahını raketlə atəşə tutmuşdur. Suriyanın raketdən müdafiə sistemi də reaksiya vermiş və bir tedad raketləri və bir qırıcı təyyarəni məhv etmişdir. Son neçə həftə ərzində Telavivlə işğal olunmuş Fələstinin qonşuluğundakı qruplar, o cümlədən Suriya dövləti, Hizbullah və Həmas arasındakı toqquşmalar, habelə sionist rejimin hərbi və təhlükəsizlik aparatlarının mükəmməl bir müharibənin başlanmasından nigərançılığı artmışdır.

İşğal olunmuş Fələstinin şimal sərhədlərində vəziyyətin gərginləşməsi və sionist rejimin müqavimət qrupları ilə yeni toqquşma ehtimalının artmasından nigəran olduğu halda məlumat mənbələri gerçəkliklər haqqında yeni iddialar irəli sürürlər
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap