header

 Gəncə işi ilə bağlı yeni həbs - İki sayta cinayət işi açıldı

Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı

"Tashaio.com"  xəbər verir ki, DİN   mətbuat xidmətindən verilən məlumata görə  həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən  Əliyev Akif İsmayıl oğlu həbs edilib.

 

 

 

 

GENCE 2.JPG (22 KB) 

 

Əliyev Akif İsmayıl oğlu – 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

 

Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

 

GENCE 1.JPG (27 KB)

 

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

 

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

 

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap