header

 Görəsən Rusiyanın cənubi Qafqazdakı strateji müttəfiqi dəyişəcəkdir?

1 julydə Azərbaycan respublikası ilə Rusiya federasiyası əlaqələrində mühüm dəyişiklik baş vermişdir

Tashaio.com-Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi 2017-ci il toqquşması nıticəsində Azərbaycan ordusunun nəzarətinə keçmişdir. Bu kənddə “Bakı- Moskva geosiyasi oxu: Azərbaycan Rusiyanın cənubi Qafqazda yeganə müttəfiqi” adı altında konfrans keçirildi. Konfransda Rusiyanın tanınmış siyasətçiləri, o cümlədən “vahid Rusiya” hakim partiyasının üzvü və dövlət duması karropsiyaya qarşı mübarizə komitəsinin sədri Dmitri Savliyev, Duma nümayəndəsi Aleksey Yezvebov, Avrasiya beynəlxalq hərəkatının rəhbəri Aleksanr Dugin, tanınmış jurnalist Maksim Şuçenkov, miras müəssisəsinin direktoru Yugni Barovski, Moskva beynəlxalq universiteti departmentlərından birinin rəhbəri Sergey Kumarov və digər tanınmış şəxsiyyətlər öz çıxışlarında Azərbaycan respublikasının Rusiya federasiyası üçün əhəmiyyətindən danışdılar. Deyilən şəxsiyyətlərin Rusiyadakı nüfuzunu nəzərə alaraq Azərbaycanın bəzi siyasi dairələri iddia etmişlər ki, onların konfransdakı iştirakı mənalıdır. Rusiyada Erməni lobbisinin tənəzzülə uğraması nəticəsində realist siyasi bir nəsl formalaşmaqdadır. Onlar Ermənistanın qərb təmayüllü baş naziri Nikol Paşınıyanı tənbih eləmək üçün Azərbaycana yaxınlıq ideyasına istiqamət götürmüşlər.

Həmin dairələr öz iddialarını sübut etmək üçün Rusiya siyasətçilərinin Cocuqmərcanlıdakı sözlərinə istinad edirlər. Onlar belə bir fikirdədirlər ki, Qarabağ münaqişəsinin həlli üçün müstəsna fürəst yaranmışdır. Xatırlatmaq lazımdır ki, konfransda iştirak edən eksprtlərin çoxu Azərbaycanın beş rayonunun boşaldırılmasını dəstəkləmişər. Hətta Dmitri Savliyev münaqişənin həlli yollarına işarə edərək atəşin tərzdə Dağlıq Qarabağ və 7 ətraf rayonların Azərbaycana qaytarılmasını istəmişdir. Avrasiya beynəlxalq hərəkatının rəhbəri Aleksandr Dugin belə bir konfransın simvolik xarakter daşıdığını bildirərək demişdir: “bu, onu göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquq normalarına əsasən Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq hüquqa istinad edərək onun Azərbaycana aid oldüğünü rəsmən tanıyır”. Lakin söz burasındadır ki, Rus siyasətçilərin Azərbaycanın xoşuna gəldiyi bu mövqeyinə nə qədər nikbin olmaq olar? Görəsən Kremil Ermənistandan doğrudan da ümidini üzmüş və Qafqazda yeni strateji müttəfiq axtarır? Yoxsa siyasi lafdan başqa bir şey deyil və yalnız söz olaraq qalacaqdır? Bu haqda bəzi incəliklərə işarə edirik:

  • Qonaqların içində avrasiyaçıların əksəriyyət təşkil etməsi belə bir qənaət yaradır ki, Putinin Avrasiya birliyində Azərbaycanı da üzv etmək və qərbə yaxınlaşma planına mane olmaq Rusiyanın Qafqazdakı mühüm siyasi hədəflərinə çevrilmişdir.
  • Qərbçi Nikol Paşiniyanin hakimiyyəti ələ keçirməsi Rusiyanı region dəyişikliklərinə həssas etmişdir. Moskva rəsmiləri ehtimal üzrə belə bir qənaətə gələ bilərlər ki, Qarabağ münaqişəsindən istifadə etməklə Paşıniyanı öz qərarından çəkindirə bilərlər. Bu istiqamətdə ermənilərə öz güclərini göstərmək üçün Kremil Azərbaycana Qarabağda Ermənistan ordusuna məhdud şəkildə hücum etmə icazəsi verdikləri ehtimalı çoxdur. Əlbəttə bu, o demək deyildir ki, Rusiya ümidini Ermənistandan tamamilə üzmüşdür. Çünki, ermənilər hələ çar Rusiyası dövründən Rusiyada bacarıqlı lobbiçiliyə malik olan etnik qrup kimi tanınmışdır. Bəlkə də Rusiyanın cənubi Qafqaz siyasətini formalaşdıran yeganə azlıqdır.

Bu dəlillərə görə Rusiyanın region siyasətinin dəyişilməsi məntiqə uyğun deyildir. Əslində Rusiya hələ də Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistana nəzarət etmək, onların qərb və NATO-a təmayüllərinə mane olmaq, Rusiyanın xəlvətxana, başqa sözlə “yaxın xaric” adlandırdığı regionda geostrateji mövqeyini gücləndirmək üçün istifadə etmək fikrindədir. Ermənistanı xarici və daxili təhlükələr qarşısında və digər region oyunçularla qarşılaşmaq üçün daimi hərbi qərargah kimi saxlaması bu ölkənin cənubi Qafqaz və Qarabağ siyasətinin dəyişilməz qalacağına aid digər dəlillərdir. Demək Rusiya öz regional siyasətini davam etdirmək üçün Ermənistanı olduğu kimi saxlayacaq və Azərbaycan strateji bir müttəfiq kimi onu əvəz edə bilməyəcəkdir. Ermənistan bundan sonra da Rusiyanın rgional müttəfiqi və şəriki olaraq qalacaqdır. Əlbəttə Kremil hələlik Əmrləindən boyun qaçıran Ermənistanın yeni siyasətçilərini qorxutmaq üçün Azərbaycana yaxınlıq nümayiş etdirir. Bu təşəbbüsün özü isə ikili mane olmaqdan başqa bir şey deyildir.

1 julydə Azərbaycan respublikası ilə Rusiya federasiyası əlaqələrində mühüm dəyişiklik baş vermişdir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap