header

 İsrail rejimi Suriyaya hava hücumu təşkil etdi

İsrail rejimi iyulun 12-si sübh radələrində Qolan təpələri yaxınlığındakı Kuneytra bölgəsində Suriya ordusuna aid mövqeləri vurub.

İsrail rejimi iyulun 12-si sübh radələrində Qolan təpələri yaxınlığındakı Kuneytra bölgəsində Suriya ordusuna aid mövqeləri vurub.

 

Tashaio.com xəbər verir ki, SANA televiziyası hücum nəticəsində baş vermiş ziyanın məhdud olduğunu bildirib.

 

İsrail rejiminin ordusu iyulun 11-i Suriya ordusuna aid bir PUA-nın sərhəd pozulmasına cavab olaraq bu gün (12 iyul) səhər saatlarında üç hədəfi vurduqlarını açıqlayıb.

 

İsrail rejiminin ordusu tərəfindən verilən bəyanatda belə qeyd olunub: “İsrail rejiminin hərbi qüvvələri işğal etdikləri torpaqlarda keçirilən əməliyyata görə Suriya rejiminin məsuliyyət daşıdığını bildirir və İsrail qüvvələrinə qarşı daha irəli addım atılmaması mövzusunda xəbərdar edir”.

 

SANA isə İsrail rejiminin işğalı altındakı Qolan təpələri yaxınlığında yerləşən Kuneytra bölgəsinin Hader kəndinin vurulduğunu və Suriyanın hava müdafiə sistemləri tərəfindən bəzi raketlərin məhv edildiyini bildirib.

 

 

Həftənin əvvəlində Suriya dövlət televiziyası Homs T4 hava bazasına hücum edən İsrail rejiminə aid bir döyüş təyyarəsinin havadan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirmişdi. İsrail rejimi bu hücumu nə təsdiqləmiş, nə də təkzib etmişdi.

İsrail rejimi iyulun 12-si sübh radələrində Qolan təpələri yaxınlığındakı Kuneytra bölgəsində Suriya ordusuna aid mövqeləri vurub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap