header

 Səudiyyədə Amerika İslamı haqda xəbərdarlıq edən məşhur sünni alimi həbs edilib

Səudiyyə rejimi ölkədə və islam dünyasında tanınan din alimi Şeyx Səfər əl-Havalini həbs edib.

Tashaio.com xəbər verir ki, bu barədə ilk məlumatı Səudiyyə Ərəbistanın fəalları sosial şəbəkələrdə öz səhifələrində tirajlayıblar.

 

Sünni dünyasının tanınmış alimi ilə yanaşı onun iki oğlu da bu gün həbs ediliblər.

 

Şeyx Səfər əl-Havalini ərəb dövlətlərinin Amerika ilə ittifaqını kəskin pisləyən tanınmış alimlərdən idi.

 

Mədinə İslam Universitetinin professoru Şeyx Səfər əl-Havali son zamanlarda “Müsəlmanlar və Qərb Sivilizasiyası” kitabı ilə gündəmə gəlmişdi. O bu kitabda müsəlman alimlərini saraylardan uzaqlaşmağa, sarayı dəstəkləməməyə, xalq yanında olmağa və Amerika islamını pisləməyə çağırmışdı.

 

Səudiyyə rejimi ötən il fərqli siyasi mövqeyi olan İxvanul-müslimin tərəfdarı 20 din alimi və ictimai xadimi həbs etmişdi ki, onların arasında Səlmanul-Əudə, Aid əl-Qərani, Əli əl-Oməri və sair mühüm din alimləri olub.

Səudiyyə rejimi ölkədə və islam dünyasında tanınan din alimi Şeyx Səfər əl-Havalini həbs edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-21-1397
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap