Netanyahunun ardınca Ayətullah Xameneinin məsləhətçisi Putinlə görüşdü
Posted on : iran 07/12/2018
Ayətullah Xameneinin məsləhətçisi Rusiyaya səfər edib.
Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin öz iqamətgahında İranın Ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə Baş məsləhətçisi Əli Əkbər Vilayətini qəbul edib.
Rusiya nümayəndə heyətinin tərkibində Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Qeyd edilir ki, İran tərəfdən isə danışıqlarda Ali liderin Məsləhətçiləri Şurasının sədri Əli Əsğər Fəthi Sarbanqoli və İranın Rusiyadakı səfiri Mehbi Sənai iştirak edib.
Daha öncə məlum olmuşdu ki, İranın Ali liderinin məsləhətçisi Putinə məktubun verilməsi üçün iyulun 11-i Moskvaya səfər edəcək.