header

 İran: ABŞ səfirlikləri casusluqla məşğuldur

İran XİN ABŞ-ın son iddiasına da cavab verib.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran XİN-dən bildiriblər ki, ABŞ öz səfirliklərini ölkələrin daxili işlərinə qarışmaq və onların digər ölkələrlə olan münasibətlərinin korlanması üçün istifadə edir.

İran XİN rəsmisi Bəhram Qasemi bildirib ki, müasir tarixdə ABŞ diplomatik missiyasının qadağan edilmiş addımlarını və beynəlxalq hüququ pozmasını göstərən kifayət qədər misal var.

Qasemi qeyd edib ki, yüzlərlə ABŞ hərbi qulluqçusu və xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ səfirliklərində diplomatiya ilə pərdələnərək casusluq və sarsıdıcı işlərlə məşğuldurlar.

Qasemi, ABŞ dövlət katibi Mayk Pompeonun İranın öz səfirliklərini terror aktlarının planlaşdırılması üçün istifa etməsinə dair ittihamlarını da təkzib edib.

Xatırladaq ki, daha öncə ABŞ Dövlət Departamenti iddia etmişdi ki, İran başqa ölkələrdəki səfirliklərindən terror aktlarının planlaşdırılması üçün istifadə edir.

İran XİN ABŞ-ın son iddiasına da cavab verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap