header

 İranlı general hədələdi: 100 min raket İsrailə tuşlanıb!

Səlami bildirib ki, 100 min raket İsrailə tuşlanıb.

Tashaio.com-un İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanının müavini general Hüseyn Səlami İsrailin gözlənilən məhvi barədə hədələyici nitq söyləyib.

Onun sözlərinə görə, “Suriya İslam Ordusu” “mənfur İsrail rejiminin məhv edilməsi haqda” əmr gözləyir.

Səlami bildirib ki, 100 min raket İsrailə tuşlanıb.

“Biz Livanda nəhəng yumruq yaradırıq, çünki biz bütün qüvvəmizlə zərbə endirmək istəyirik. Hizbullah bu gün ağlasığmaq gücə sahibdir və o güc də sionist rejimi yox edəcək. Sionist rejimin strateji dərinliyi yoxdur. Biz möhkəm şəkildə Livan torpağında durmuşuq və elə oradan da düşmənlə vuruşacağıq!”, - deyə iranlı general qeyd edib.

“Sionist rejim bütün İslam dünyasını təhdid edir. Bu rejiminin fəlsəfəsi bu cürdür.”, - deyə o əlavə edib.

Səlami bildirib ki, 100 min raket İsrailə tuşlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap