header

 İran, Rusiya, Çin və Pakistanın Kəşfiyyat rəhbərləri toplantı keçiriblər

Rusiyanın, İran, Çin və Pakistanın Kəşfiyyat xidmətlərinin rəhbərləri ötən gün İslamabadda bir araya gəliblər.

Rusiyanın, İran, Çin və Pakistanın Kəşfiyyat xidmətlərinin rəhbərləri ötən gün İslamabadda bir araya gəliblər.

Tashaio.com əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyatının mətbuat bölməsinin sədri Sergey İvanov məlumat verib.

 

Bildirilib ki, 4 ölkənin Kəşfiyyat xidməti rəhbələri İŞİD-in Əfqanıstanda faliyyətinin genişlənməsini və bunun qarşısının alınması yollarını müzakirə edibər.

 

Sergey İvanov “Tass” Agentliyinə verdiyi müsahibədə bəyan edib ki, ötən gün baş tutan bu toplantıda İŞİD-in mövcudluğundan dolayı Əfqanıstanda yaranan və yarana biləcək təhlükələr haqda müzakirələr aparılıb.

 

Bu toplantıda terrorçuların İraq və Suriyadan Əfqanıstan istiqamətdə hərəkət etməsinin qarşısının alınması yolları da müzakirə edilib.

 

Bundan öncə İran Kəşfiyyat orqanları xəbərdarlıq etmişdilər ki, İŞİD bəzi faliyyətlərini Suriya və İraqdan Əfqanıstana köçürüb.

 

Bildirək ki, İŞİD-in Əfqanıstanda 3 qanadı var. Onlar bunlardır: 1-İŞİD-in Xorasan qanadı. 2- “Ləşkər Təyyibə” və 3-“Ləşkəre Cəngcu”

Rusiyanın, İran, Çin və Pakistanın Kəşfiyyat xidmətlərinin rəhbərləri ötən gün İslamabadda bir araya gəliblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap