header

 Ədəbli olmaq

Din, ədəblər toplusudur. Allah qarşısında ədəb, Peyğəmbər (s) qarşısında ədəb, məsum imamlar qarşısında ədəb, ata-ana, müəllim, alim qarşısında ədəb…

Din, ədəblər toplusudur. Allah qarşısında ədəb, Peyğəmbər (s) qarşısında ədəb, məsum imamlar qarşısında ədəb, ata-ana, müəllim, alim qarşısında ədəb…

Kiçiklərin böyüklər qarşısında ədəbə riayət etməsi İslam dininin mühüm göstərişlərindəndir. Həzrət Zəhranın (ə) həyatına diqqət etdikdə bu məsələnin nə qədər önəmli olmasını başa düşürük.

 

Ayə

“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın!”

(“Nisa” surəsi, ayə 86)

 

Hədis

İmam Əli (ə): “Ədəb öyrənin. Çünki əgər padşah olsanız, üstün olarsınız; orta səviyyəli olsanız, məşhur olarsınız; yoxsul olsanız, ədəbinizlə güzəranınızı keçirərsiniz.”

(“Nəhcül-bəlağənin şərhi”, c. 20, səh. 404 və 483)

 

Ənənə[1]

Hər gün ev adamlarının rəftarını müşahidə edirdim. Həyətin bu guşəsindən başqalarının diqqət etmədiyi çox şeyləri görmək mümkün idi.

Fatimə (ə) hər gün mənim üçün dən tökürdü. Sübh vaxtı gözləyirdim ki, ətəyini dən ilə doldurub gəlsin. Məni yaddan çıxartdığı bir gün də olmadı. Hər gün Ümm Sələmə Fatiməyə (ə) kömək edirdi. Fatimə (ə) də uşaq idi. Bununla belə o, Ümm Sələmə ilə çox ədəb və hörmətlə rəftar edirdi.

Bütün illər qədərində bu kiçik, amma səfalı evdə baş verənləri xatırlayıram. Fatimənin (ə) bizim evdən pərvaz edib getdiyi günü heç vaxt unutmaram. Ümm Sələməni qəm bürümüşdü. Sanki məndən başqa dərdini bölüşəcək bir kimsəsi yox idi. Mənə baxdı və gözlərindən yaş axmağa başladı.

– Sən şahidsən ki, “Fatimə (ə) ədəbli idi və bütün məsələlərə məndən daha agah idi.”[2]

 

Hekayə

Anasını Mədinədə görəndə, Abbasın (ə) ədəbli olmasının hikmətini başa düşdüm.

Bəşir çiynində qara bayraq Mədinəyə daxil oldu, qəm və hüzn fəryadı çəkdi. Birdən gördü ki, bir qadın yerindən qalxıb camaata tərəf gəlir. Bəşir bir qız uşağından o qadının kim olmasını soruşdu. Qızcığaz dedi: Abbasın (ə) anasıdır. Bəşir sakit dayandı və ədəbli qadının hərəkətlərini izlədi.

– Ey qasid, mənə Hüseyndən (ə) xəbər ver.

– Xanım, oğlun Kərbəlada Hüseynə (ə) fəda oldu.

– Bəşir! Ürəyimin damarlarını qırma. Səndən Hüseyni (ə) soruşdum. Hüseyn (ə) haradadır?

– Xanım, Allah sənə səbr versin. Oğlanlarının dördü də özlərini Hüseynə (ə) fəda etdi.

– Bəşir! Səmanın altında hər nə varsa və mənim övladlarım hamısı Hüseynin (ə) bir tükünə qurban olsun. Mənə de görüm, Hüseyn (ə) haradadır?

Bəşir başını aşağı salıb dedi. Hüseyni (ə) qətlə yetirdilər.

Xanım bunu eşidən kimi yerə yıxıldı.

Doğrusu, belə ədəbli qadından Abbas (ə) kimi oğul olar.

(Kərbəla karvanının Mədinəyə daxil olması hadisəsi)

[1] “Ədəbli həyat tərzi”, həzrət Fatimənin (ə) evinin göyərçininin dilindən.

[2] “Biharul-ənvar”, c. 43, səh. 10.

Din, ədəblər toplusudur. Allah qarşısında ədəb, Peyğəmbər (s) qarşısında ədəb, məsum imamlar qarşısında ədəb, ata-ana, müəllim, alim qarşısında ədəb…
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap