header

 Əməli əxlaq

İslam dinini dünyaya ən yaxşı şəkildə tanıdan gözəl əxlaqdır. Allahın rəsulu (s) peyğəmbərliyə seçilməsindəki məqsədin əxlaq maarifini kamala çatdırmaq olduğunu açıqlamışdır. Çoxları dəlil-sübuta görə deyil, gözəl əxlaqa cəzb olaraq İslamı qəbul ediblər.

Məsumların həyatında, xüsusilə də həzrət Zəhranın (ə) davranışlarında hər şeydən daha çox nəzərə çarpan onun gözəl əxlaqıdır.

Ayə

“Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşagəlməz bir söz dedikləri) zaman ‘salam’ deyərlər.”

(“Furqan” surəsi, ayə 63)

Hədis

Həzrət Fatimə (ə) buyurub: “Möminin gülərüz olması cənnəti ona vacib edər.”

(“Biharul-ənvar”, c. 75, səh. 401)

Ənənə

Bir nəfər həzrət Zəhranın (ə) yanına gəlib dedi: – Ey Peyğəmbərin (s) qızı! Peyğəmbərdən (s) sizə bir yadigar qalıbmı ki, onu mənə hədiyyə edəsiniz?

Həzrət Zəhra (ə) kənizinə dedi: – O parçanı gətir.

Kəniz nə qədər axtardısa da, parçanı tapa bilmədi. Həzrət Fatimə (ə) buyurdu: – O parçanın dəyəri mənim üçün Həsən (ə) və Hüseyn (ə) kimidir. Yenə get onu axtar.

Kəniz bir azdan onu tapıb gətirdi. Parçaya belə yazılmışdı: “Həzrət Muhəmməd (s) buyurdu: Qonşusu ondan əmin-amanlıqla olmayan kəs möminlərdən deyil. Hər kəs Allaha və Qiyamətə iman gətiribsə, qonşusunu incitməsin.”

(“Fatimə (ə) Mustafanın (s) qəlbinin bağçası”, səh. 1. “Dəlailul-imamət” kitabından nəql olunub)

Hekayə

– Ağacan! Nə qədər ağlayırsan? Həkim sənə tapşırmadı ki, çox ağlama?! Xanımın vəfatına görə bu qədər narahatsan?!

– Xanımın vəfat etməsinə görə ağlamıram. Mənim ağlamağım onun səfa, paklıq və məhəbbətinə görədir. Nəcəfi-əşrəfdə olduğumuz zamanlar çox çətinlik içərisində yaşayırdıq. O, evin işlərini əlinə alıb ən gözəl şəkildə idarə edirdi. Həyatımız boyu heç vaxt elə bir iş etmədi ki, ən azından ürəyimdə “kaş bunu belə etməyəydi” deyəm. O, ortaq həyatımız boyu heç vaxt mənə demədi ki, filan işi nə üçün etdin, yaxud etmədin?

(“Parlaq sevgi” kitabından iqtibas, Əllamə Məhəmməd Hüseyn Təbatəbainin həyatından)

İslam dinini dünyaya ən yaxşı şəkildə tanıdan gözəl əxlaqdır. Allahın rəsulu (s) peyğəmbərliyə seçilməsindəki məqsədin əxlaq maarifini kamala çatdırmaq olduğunu açıqlamışdır. Çoxları dəlil-sübuta görə deyil, gözəl əxlaqa cəzb olaraq İslamı qəbul ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap