header

 Ayətullah Amili: Mədəni ehtiyaclara diqqətsizlik ictimai problemlər yaradır

Vəliyyi-fəqiyin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “Cəmiyyətdə mədəni prinsiplər tərvic edilməli və nəzərdə tutulan səviyyəyə çatdırılmalıdır. Bu məsələyə diqqətsizlik edilsə, onun əvəzini çıxmaq mümkün olmayan ziyanları olacaq.”

Tashaio.com – Ayətullah Seyid Həsən Amili deyib: “Camiənin həqiqi mədəniyyətə ehtiyacı vardır və bu, nəzərdə tutulan səviyyəyə çatdırılmalıdır. Bu məsələyə diqqətsizlik edilsə, onun əvəzini çıxmaq mümkün olmayan ziyanları olacaq.”

İmam cümə əlavə edib: “Mədəniyyət sahəsinə diqqət etməklə bir çox meyarları, o cümlədən iş öhdəliyi, əxlaqa daha çox riayaət edilməsi kimi məsələləri münasib formaya salmaq olar. Nəzərdə tutulan siyasət səviyyəsinə çatmaq üçün kollektiv iştirak və kollektiv işin artırılması diqqətdən yayınmamalıdır.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi çıxışının davamında deyib: “Bir çox sahələrdə kafi qiymət alan inkişaf etmiş ölkələr həmişə mədəni məsələləri diqqətdə saxlayıblar. Beləliklə, mədəniyyətlə bağlı mövzularda cəmiyyət özü yüksək səviyyəyə yetişib.”

Seyid Həsən Amili mədəni meyarların həqiqi formaya düşməsini cəmiyyətin ehtiyacı adlandıraraq deyib: “Bu məsələdə hər hansı səhlənkarlıq indiki və gələcək nəsilə ziyan yetirəcək. Ona görə də bu mühüm məsələni əsas məsələlər sırasına daxil etmək lazımdır.”

Mədəniyyətin tərvici məsələsində təhsil və təlim-tərbiyə sahəsinin öhdəsinə ağır məsuliyyət düşdüyünü vurğulayan imam cümə deyib: “Təlim-tərbiyənin cəmiyyətin gələcəyi üçün mühüm təsirinə, onun elmi və mədəni inkişafındakı roluna diqqət etməklə, məktəblərə və təhsil növünə daha çox diqqət yetirilsin, bu sahədə bütün potensiallardan səmərəli istifadə olunsun.”

Ayətullah Amili hər bir cəmiyyətin inkişafının mədəni və əxlaqi meyarların düzgün şəkildə həyata keçməsinə borclu olduğunu vurğulayaraq deyib: “Ruhanilər dini və əxlaqi meyarların qoruyucusu kimi tanınmışdır. Onlar bütün təlaşları və fədakarlıqları ilə vəzifələrini yerinə yetirəcək və xalqa xidmət göstərməyə səy göstərəcəklər.”

Vəliyyi-fəqiyin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “Cəmiyyətdə mədəni prinsiplər tərvic edilməli və nəzərdə tutulan səviyyəyə çatdırılmalıdır. Bu məsələyə diqqətsizlik edilsə, onun əvəzini çıxmaq mümkün olmayan ziyanları olacaq.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap