header

 Məhəmməd Əli Əl-Husi: “Yəmənlilərə qarşı Suriyadan terrorçular gətirdilər”

Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Ənsarullah hərəkatına qarşı aparılan müharibədə Suriyadan qaçan terrorçuların aktiv olaraq, istifadə edildiyini qeyd edib.

Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Ənsarullah hərəkatına qarşı aparılan müharibədə Suriyadan qaçan terrorçuların aktiv olaraq, istifadə edildiyini qeyd edib.

 

Tashaio.com xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Sputnik-ə müsahibəsində belə danışıb: “Yəmən xalqının gücü və iradəsi məsələsində heç bir şübhə yoxdur, çünki bütün bu illər ərzində xarici təcavüzkarlığa müqavimət göstərə bildisə, bu mübarizəsini də davam etdirəcəyi deməkdir. Hərbi elmə əsasən, ilk zərbəyə dözmək döyüşün yarısını qazanmaq deməkdir. Gözlənilməz zərbə ilə strateji əhəmiyyətə malik obyektlər sıradan çıxarıla bilər və əhval-ruhiyəyə bərpa olunmaz zərər verilə bilər. Sizə deyə bilərəm ki, bu müharibə ərzində Yəmən Respublikasının Silahlı Qüvvələri bütün sahələrdə təcrübə əldə etdi.

 

İmperialistlərin qüvvələri məqsədlərinə çatmadı və bu vəziyyətdə, əvvəllər Əfqanıstanda apardıqları kimi, terrorçu qrupların köməyinə müraciət etdilər. Suriyadan Yəmən sahillərinə qaçan terrorçular bu məqsəd üçün çox uyğun gəldi. Beləliklə İŞİD, Əl-Qaidə, Cancavilər (Sudanda cinayətkar dəstələri), ABŞ-ın dəstək verdiyi BƏƏ, Səudiyyə rejiminə xidmət etməyə başladı. Terrorçular pul, silah, təlim və lazım olan dəstəyi alırlar. Bununla əlaqədar xəbərlər davamlı BBC kimi qlobal televiziya kanallarında verilir. Bu bütün region və dünya üçün əsl təhdiddir”.

 

Əl-Husi Səudiyyə rejiminə qarşı İran raketlərini istifadə etdikləri ilə bağlı yayılan xəbərləri təkzib edərək, belə danışıb: “Əgər Yəməndə İran raketlərinin istifadə olunması istiqamətində amerikalıların əlində dəlil olsaydı, (ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki) Heyli bu Hollivud oyununu nümayiş etdirməzdi (Heyli BMT Təhlükəsizlik Şurasının iclasında, Səudiyyə rejiminin paytaxtı Ər-Riyada atılan raketin hissəsini tutmuşdu). Bu raketlərin guya Patriot sistemləri tərəfindən qarşısı alınmışdı, amma bu sistem raketləri bu qədər diqqətləmi yox edir? Koalisiya üzvü ölkələr qərəzli olaraq, İranın guya Yəməni raketlə təmin etdiyi barədə şayiələr yayır. Bu Yəmənə qarşı müharibəni davam etdirmək üçün bəhanə olaraq, istifadə edilir. Koalisiya ölkələri Yəməni su, hava və qurudan yollarını bağladı. İran raketlərinin qaçaq yollarla gətirilməsi istiqamətində son şayiə dalğası Yəmən limanlarına hücumlarla eyni vaxta təsadüf etdi. İndi Hudeyda limanı üçün mübarizə aparılır və bütün Yəmən gəmiləri saysız-hesabsız nəzarətlərdən keçir, bəzən onları müsadirə edirlər. Ölkəyə sadə məhsullar daxil ola bilmədiyi halda, bizə raket və silah necə gələ bilər. Girişi qadağan olan siyahı 400 maddədən ibarətdir. Nəticədə bizim vətəndaşlarımız silahla heç bir əlaqəsi olmayan bəzi dərmanlar ala bilmir. Amerika mediasının guya raketlərin hissələrə ayrıldığı, sonra ölkəyə gətirilərək yenidən montaj edilməsi istiqamətindəki xəbərlər absurddur. Təəssüf ki, BMT və BMT Təhlükəsizlik Şurası blokada kimi, Yəmənə qarşı törədilən cinayətlər qarşısında susur. Halbuki bu blokada, xalqımıza qarşı soyqırımın səbəbidir”.

Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Ənsarullah hərəkatına qarşı aparılan müharibədə Suriyadan qaçan terrorçuların aktiv olaraq, istifadə edildiyini qeyd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap