header

 Daha bir İran rəsmisi Hörmüz boğazı haqda xəbərdarlıq edib

“Neft ixracına mane olmaq və onu kəsməyin cavabı Hörmüzü bağlamaq olacaq”

“Neft ixracına mane olmaq və onu kəsməyin cavabı Hörmüzü bağlamaq olacaq”

Tashaio.com əl-Aləmə istinadla xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Mütəhhəri deyib.

 

Əli Mütəhhəri Həsən Ruhaninin Avriopaya səfəri çərçivəsində Hörmüz Boğazı və Fars Körfəzi ilə bağlı etdiyi çıxışı alqışlayıb və növbəti İran rəsmisi kimi dünya neftinin dörtdə birinin keçdiyi Hörmüz boğazının bağlanacağı haqda xəbərdarlıq edib.

 

 Qeyd edək ki, ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra İranla ticarət müharibəsini rəsmən elan edib. ABŞ rəsmilərinin bəyanatlarında yer alan budur ki, onların məqsədi İranı ixrac etdiyi (günə 2.5 milyon barel) neftdən və onun gəlirlərindən məhrum etməkdir. Bu istiqamətdə onlar İrandan neft alan ölkələri fikirlərindən daşındırır və bu neftin Səudiyyə kimi ölkələrdən təmin edilməsi zəminində xatircəmlik verməyə çalışırlar. Artıq ABŞ bu işlərə starat verib. İran rəsmiləri də buna cavab olaraq bir neçə dəfə ciddi xəbərdarlıq ediblər.

 

İlk xəbərdarlıq Avropaya səfəri çərçivəsində Həsən Ruhanidən gəlmişdi:

 

 “Amerikalılar iddia edir ki, İran neftinin ixracına tam şəkildə mane olacaqlar. Onlar bu sözün mənasını anlamırlar. Çünki bu mənasız bir işdir ki, İran nefti ixrac edilməsin amma digər bölgələrdən neft ixrac edilsin. Əgər siz bu işi edə bilsəniz edin, nəticəsini də görün!”

 

 Sepah-ın briqada generalı İsmail Kövsəri isə deyib:

 

 “Bizim neftimizin ixracına mane olsalar, körfəzdən neftin çıxmasına mane olacağıq”

 

 Sepahın baş komandanı general Məhəmməd Əli Cəfəri isə verdiyi müsahibədə bunu demişdi:

 

 “Biz düşmənə başa sala bilərik ki, Hörmüz boğazı ya hamınındır ya da heç kəsin.”

“Neft ixracına mane olmaq və onu kəsməyin cavabı Hörmüzü bağlamaq olacaq”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap