header

 Tramp: Axmaqlar Putinlə danışmağımı istəmirdilər

“Bunlar axmaq insanlardır, onlara qulaq asmaq lazım deyil.”

Tashaio.com-un “The New York Times”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığı zamanı bildirib ki, “axmaq insanlar” ona rusiyalı həmkarı ilə zəngləşməməyi məsləhət görürdülər.

Mənbənin məlumatına görə, burada söhbət Tramp administrasiyasının işçilərindən gedir.

Bunlar axmaq insanlardır, onlara qulaq asmaq lazım deyil.”, - deyə ABŞ prezidenti məlum əməkdaşları belə səciyyələndirib.

Qeyd edilir ki, Tramp danışıq zamanı 2 ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasının lehinə çıxış edib.

Xatırladaq ki, 16 iyul Finlandiyanın paytaxtı Helnsinki şəhərində Putin və Tramp arasında görüş baş tutacaq.

“Bunlar axmaq insanlardır, onlara qulaq asmaq lazım deyil.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap