Suriyada terrorçular çox sayda tank və hərbi texnikanı təslim etdi
Posted on : Digər sahələr 07/10/2018
Suriyadakı Rusiya Mərkəzi məsələ ilə bağlı məlumat yayıb.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyadakı qeyri-qanuni silahlı birləşmələrin döyüşçüləri sutka ərzində 11 tank və 5 piyada döyüş maşınını (PDM) təslim edib. Bu haqda Suriyadakı düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin başçısı Aleksey Tsıqankov brifinqdə bildirib.
“Qeyri-qanuni silahlı birləşmələrin döyüşçüləri sutka ərzində ümumilikdə 11 tank, 5 PDM, 55 iriçaplı pulemyot, 3 zenit qurğusu, ABŞ istehsalı 14 tank əleyhinə idarə edilən raket və çox sayda silah təhvil veriblər.”, - deyə o qeyd edib.
Tsıqankov həmçinin bildirib ki, cənub-qərb deeskalasiya zonasındakı yaşayış məntəqələrinin ağsaqqalları və qeyri-qanuni silahlı birləşmələrin liderləri ilə barışıq bölgələrindəki vəziyyətin normallaşdırılması üçün danışıqlar aparılıb.
Nəticədə Rid Dəməşq əyalətindəki Busra yaşayış məntəqəsindən 2 tank, 1 minaatan və 1 pulemyot təhvil verilib.