Keçmiş sürücüsü Trampı məhkəməyə verdi
Posted on : Digər sahələr 07/10/2018
Trampın keçmiş sürücüsü onu məhkəməyə verdi.
Tashaio.com-yn “Bloomberg”-ə istinadən verdiyi xəbərə əsasən, əvvəllər Donald Trampın şəxsi sürücüsü olmuş Noel Sintron “Trump Organization”-u əlavə iş saatlarının pulunu ödəmədiyi üçün məhkəməyə verib.
İddiada göstərilir ki, son 6 ildə Noel 3,3 min saat iş saatından əlavə işləyib.
Qeyd edilir ki, Noel həftədə 55 saat Tramp, onun ailəsi və biznesinə xidmət göstərib. Sürücü hər səhər saat 7-dən axşam saat 5-ə qədər işlədiyini bildirib.
Sürücü prezidentdən 200 min dollar həcmində təzminat tələb edir.