header

 Suriyaya hücum edən İsrail təyyarəsinin vurulmasının TƏFƏRRÜATI

İsrail ordusu Suriyadakı hava bazasına edilən hücumu İsrail Hava Qüvvələrinin təşkil etdiyi istiqamətindəki xəbərlərlə bağlı sualları şərhsiz qoyub.

Suriya Hava Müdafiə Qüvvələrinin Homsda yerləşən T4 Hava Bazasına edilən raket hücumununun qarşısını aldıqları bildirilib.

Hücumun ardınca Suriya hava müdafiə sistemlərinin atılan bir neçə raketi vurduğu və İsrail təyyarələrindən birini vurduğu bildirilib.

Tashaio.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın bildirdiyinə görə, hücum nəticəsində ölən ya da yaralanan olmayıb, ancaq maddi ziyan meydana gəlib.

SANA əvvəlcə T4 Hava Bazasına hücumun İsrail tərəfindən edilmiş ola biləcəyini açıqlayıb. Xəbərdə, "İsrailin T4 Hava Bazasına hücum etdiyi barədə xəbərlər gəlir" deyilib.

Agentlik daha sonra Xoms hava bazasına hücumun İsrail Hava Qüvvələri tərəfindən təşkil olunduğunu bildirib. Xəbərə görə, Suriya hava müdafiə sistemləri atılan bir neçə raketi vuraraq zərərsizləşdirib, İsrail təyyarələrindən də birini vurub və digər təyyarələri Suriya hava məkanından uzaqlaşdırmağı bacarıb.

İsrail ordusu Suriyadakı hava bazasına edilən hücumu İsrail Hava Qüvvələrinin təşkil etdiyi istiqamətindəki xəbərlərlə bağlı sualları şərhsiz qoyub. "Sputnik"ə danışan İsrail Müdafiə Qüvvələri mətbuat dairəsindən bir səlahiyyətli, "Xarici mətbuatda yer alan xəbərlərlə bağlı şərh vermirik" deyə bildirib.

İsrail ordusu Suriyadakı hava bazasına edilən hücumu İsrail Hava Qüvvələrinin təşkil etdiyi istiqamətindəki xəbərlərlə bağlı sualları şərhsiz qoyub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap