header

 İranın ABŞ-a qarşı ən mühüm Hörmüz boğazı rıçakı: “Hörmüz ya hamının, ya da heç kimin” – Təhlil

ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra İranla ticarət müharibəsini rəsmən elan etdi. ABŞ rəsmilərinin bəyanatlarında yer alan budur ki,

ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra İranla ticarət müharibəsini rəsmən elan etdi. ABŞ rəsmilərinin bəyanatlarında yer alan budur ki, onların məqsədi İranı ixrac etdiyi (günə 2.5 milyon barel) neftdən və onun gəlirlərindən məhrum etməkdir. Bu istiqamətdə onlar İrandan neft alan ölkələri fikirlərindən daşındırır və bu neftin Səudiyyə kimi ölkələrdən təmin edilməsi zəminində xatircəmlik verməyə çalışırlar. Artıq ABŞ bu işlərə starat verib, Amma İranın cavabı nədir?

Son günlərdə İran 4+1 dövlətləri ilə danışıqlar aparır. Bu danışıqların məqsədi, ABŞ-ın çıxmasından sonra nüvə sazişinin qalmasını istəyən Avropa dövlətlərindən iqtisadi təzminatlar almaq, ölkə neftinin ixracını və onlan gələn gəlirlərin təhlükəsizliyi və bank köçürmələrini təmin etməkdir. Əgər İranın Avropa qarşısında qaldırdığı şərtlər təmin edilməsə, Tehranın nüvə sazişindən çıxması labüd olacaq. Son zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generallarından Hörmüz boğazının bağlanılmasını ehtiva edən mesajların verilməsi də Avropaya, Amerikaya və ümumilikdə dünya ictimaiyyətinə verilən xəbərdarlıq kontekstindədir. Giriş olaraq İran tərəfinin bu zəmində verdiyi xəbərdarlığa qısa bir nəzər salaq:

Həsən Ruhani 2 gün öncə Avropaya səfəri çərçivəsində deyib:

“Amerikalılar iddia edir ki, İran neftinin ixracına tam şəkildə mane olacaqlar. Onlar bu sözün mənasını anlamırlar. Çünki bu mənasız bir işdir ki, İran nefti ixrac edilməsin amma digər bölgələrdən neft ixrac edilsin. Əgər siz bu işi edə bilsəniz edin, nəticəsini də görün!”

Sepah-ın briqada generalı İsmail Kövsəri iki gün öncə deyib:

Bizim neftimizin ixracına mane olsalar, körfəzdən neftin çıxmasına mane olacağıq

Sepahın baş komandanı general Məhəmməd Əli Cəfəri ötən gün verdiyi müsahibədə deyib:

Biz düşmənə başa sala bilərik ki, Hörmüz boğazı ya hamınındır ya da heç kəsin.

Bu xəbərdarlıq mesajlarından sonra belə bir sual orataya çıxır:

İran, dünya neftinin (gündəlik istehlak 84 milyon barel) dörtdə birinin istehsal edildiyi Farz Körfəzində vəziyyəti dəyişməyə nə dərəcədə qadirdir və ya 3 tərəfdən İranın əli altında olan Hörmüz boğazının (buradan günə 17 milyon barel neft daşınır ki bu da dünyada tankerlə daşınan neftin 40 faizidir) bağlanılması nə dərəcədə mümkündür?

Bu suala cavab vermək üçün Hörmüz boğazının bəzi özəlliklərinə diqqət çəkmək lazımdır. Hörmüz boğazı İranla Oman Sultanlığı sahilləri arasında yerləşir. Coğrafi baxımdan 3 tərəfdən İran sahilləri və İran adaları ilə bürünüb, bir tərəfdən isə Oman Sultanlığının sahili tərəfindən tutulub. Enliyi 156 km (156 km İranın Bəndər-Abbas limanından Oman Sultanlığının Rəs-Şuveyrit limanına qədər, lakin İranın sonuncu adasında Oman Sultanlığı sahilinə qədər 57 km) olsa da  dayaz olduğundan (ən dərin 99 metrdir , bu dərin hissə də İranın Qeşm adasının sahilidir) neft tankerlərinin və böyük gəmilərin buradan keçə bilmə zolağı yalnız 37 km təşkil edir. Neft tankerləri bu boğazdan keçmək üçün enliyi 37 km olmaqla (bəzi yerlərdə enliyi 9 km-a qədər azalır) 185 km dəniz yolunu qət emək məcbuiyyətində qalırlar.

Hörmüz boğazının digər məziyyətlərindən biri də dünyanın qaza olan tələbatının təqribən 18 faizinin buradan keçməsidir.

İran İslam Respublikası Hörmüz boğazında indiyə qədər bir dəfə fiziki hücum həyata keçirib. Bu da İran-İraq müharibəsinə təsadüf edir. İraq tərəfi İranın neft limanları, neft platforma və gəmilərini vurduqda İran da qarşı tərəfi cavablandırmanın bir metodu kimi boğazda dəniz minaları yerləşdirir. İran-İraq müharibəsinin (1980-1988) son iki ilində Fars Körfəzində və Hörmüz boğazında gərginliyin artması səbəbindən bölgədən neft aparan tankerlər əsasən xarici hərbi gəmilərin müşayiəti ilə üzürdülər.

1988-ci ilin aprel ayında ABŞ bayrağı ilə bölgədən neft aparan  “Bridgeton” tanker iranlıların yerləşdirdiyi minaya düşərək ciddi xəsarət alır. Daha sonra ABŞ “Operation Earnest Will” (Qəti İradə) adlı əməliyyat həyata keçirərək, İranın iki neft platformasını və bir neçə hərbi gəmisini vurur. İran da qarşı tərəfin bir helikopteri və bir hərbi qayığını vurur. 3 ay çəkən bu qarşıdurma çərçivəsində ABŞ İranAİR-ə məxsus 655 rəqəmli uçuşu həyata keçirən mülki təyyarəni vurmuş və bu hadisədə 290 mülki şəxs həlak olmuşdu.

Lakin hazırki dövrdə Hörmüz boğazının bağlanılması tam fərqli şəraitlərlə nəzərdən keçirilməlidir.

Çünki, İslam İnqilabının ilk illərində olan İranla hazırki İran arasında hərbi baxımdan böyük fərq var. Bu fərqlər, ölkənin silahlı qüvvələrinin bütün sferalarına aid edilir. Dəniz donanmasının destroyerlərindən sualtı hərbi gəmilərə qədər, hava qüvvələrindən havadan müdafiə qüvvələrinə qədər, uzaq mənzilli ballistik raketlərdən pilotsuz təyyarələr arsenalına qədər, mülki müdafiə qüvvələrindən nəhəng hərbi canlı qüvvəyə qədər bütün bu parametrlər nəzərdə tutulmalıdır.

 

Təbii ki Hörmüz boğazının fiziki şəkildə bağlanılması hərbi qarşıdurma ilə nəticələnəcək. Nəzərə alsaq ki, hər bir fiziki hərbi qarşıdurmadan öncə onun psixoloji müqəddiməsi var və bu müqəddimənin özü də uzun zaman sürə bilər, belə olan halda İran hərbi qarşıdurmaya girmədən boğazın bağlanılması ilə bağlı başlatdığı psixoloji müharibə ilə də neftin qiymətini kəskin qaldıraraq qarşı tərəfə iqtisadi zərbə vura biləcək.

Hörmüz boğazının fiziki şəkildə bağlanılmasına gəldikdə isə qəti şəkildə demək olar ki, İran bu yolda yalnız Hörmüz boğazının yerləşdiyi coğrafiyadakı (eni 50, uzunluğu 150 km) hərbi əməliyyatlarla kifayətlənməyəcək. Yəni İran görəcəyi hərbi tədbirləri təkcə Hörmüz boğazı coğrafıyasında deyil, bütün Fars Körfəzi sahilində həyata keçirsə və ya hədəfə atılacaq raketləri yalnız ada və sahillərdən deyil İranın mərkəz və şimalından da atsa qarşı tərəfin işi daha çətin olacaq.

Bu şəraitdə ABŞ və müttfiqlərinin dəniz donanmasının daha inkişaf etmiş olduğunu nəzərə alaraq, İranın əsasən böyük hərbi gəmilərlə deyil, daha kiçik və sürətli hərbi qayıqlarla hərəkətə keçəcəyi təxmin edilir. Çünki su üzərində onların çevikliyi daha çox və partizan əməliyyatı sahəsində daha effektlidirlər. Son illərdə İranın Sepah Ordusunun dəniz qüvvələrinin bu istiqamətdə yatırımlar etməsi də diqqət çəkib. Sürətli qayıqlardan əlavə bölgə sularında manevrə edə biləcək uçan qayıqlar da kütləvi şəkildə istehsal edilib və edilir

Qarşı tərəfin dəniz donanmasına zərbə endirmək üçün hərbi sualtı gəmilər, gəmiləri hədəfə almaq üçün sudan və havadan atılan torpedo və kruiz raketləri də İran hərbi sənayesinin illərdir məşğul olduğu sahələrdir.

.

Gəmiləri hədəfə almaq üçün İranın “Xəlice-Fars”, “Qader”, “Nur”, “Qariə”, “Tondər” kimi kruiz raketlərinin adını çəkmək olar. Onlar arasında “Xəlice-Fars”ın xüsusi özəlliyi ilə seçilir. Onun əsas özəliiyi budur ki, Çinin “DF21D” reketindən sonra aviadaşıyıcıları dəqiq şəkildə hədəfə ala bilən ikinci raketdir. Bundan savayı İranın ballistik raketləri arasından hədəfləri dəqiqliklə vura bilən “Siccil” raketi də var ki, ABŞ-ın aviadaşıyıcıları üçün ciddi təhlükə ola bilər.

MehrNews agentliyi aşağıdakı infoqrafikada ABŞ aviadaşıyıcılarını hədəfə ala biləcək, kruiz, ballistik və torpedo raketlərinin bəzilərinin adını çəkib:

Hörmüz boğazının bağlanılması düşünüldüyü kimi çətin proses deyil. İran bunun üçün 37 km enliyindəki keçmə koridoruna gəmilər yerləşdirməyə də məcbur deyil. Nəzərə alsaq ki bölgədə suyun orta dərinliyi 100 metri keçmir burada su minalarının yerləşdirilməsi İran üçün ən əlverişli addımdır. İran hərbi sənayesi gəmilərə qarşı minalar üzərində də geniş işlər aparmışdır.

Qeyd edək ki Hörmüz boğazının beynəlxalq hüquqi statusu da İran və Oman Sultanlığının qərarından asıldır. BMT-in beynəlxaq sularla bağlı konvensiyasına əsasən sülh şəraitində bu boğazdan digər ölkələrin hərbi gəmiləri də keçə bilər. Lakin müharibə şəraiti baş verdikdə, fövqəladə vəziyyət elan edilsə İran və ya Oman Sultanlığı buradan keçən gəmiləri yoxlama  hüquqlarına malik olacaqlar. Məhz buna görədir ki, bəzi İran ekspertləri boğazda bır yük gəmisinin “batması”, nəticədə ərazidə fövqəladə vəziyyət şəratinin yaradılması ilə qarşı tərəfə xəbərdarlıq verməyin mümkünlüyündən söz açıblar.

 

ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra İranla ticarət müharibəsini rəsmən elan etdi. ABŞ rəsmilərinin bəyanatlarında yer alan budur ki,
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap