header

 Peyğəmbərin (s) doğru yolda möhkəm dayanması

İslam peyğəmbərinin (s) məsum olmasını göstərən ayələrdən biri də “Yasin” surəsinin 4-cü ayəsidir.

یس وَالْقُرْآنِ الْحَکِیمِ إِنَّکَ لَمِنَ الْمُرْسَلِینَ عَلَى صِرَاطٍ مُسْتَقِیمٍ



"Ya. Sin. And olsun hikmətli Qurana! Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan." (Yasin, 1-4).

İzah: İslam peyğəmbərinin (s) məsum olmasını göstərən ayələrdən biri də “Yasin” surəsinin 4-cü ayəsidir. Allah bu ayədə – Qurana and içdikdən sonra – o həzrəti (s) öz elçisi adlandırmış və ona müraciətlə buyurmuşdur: “Sən doğru yoldasan”. Doğru yol dedikdə haqq din, (müxtəlif dərəcə və mərtəbələri olan) doğru ibadət və bəndəlik yolu nəzərdə tutulur. Odur ki, o həzrətin (s) bütün zamanlarda doğru yolda olması onun məsum olmasını göstərir.

Hədis: İmam Sadiq (ə): “Peyğəmbər (s) heç bir günah etmədi və günah fikrinə də düşmədi.” (Təfsiri-Qumi, c. 2, səh. 314).

İslam peyğəmbərinin (s) məsum olmasını göstərən ayələrdən biri də “Yasin” surəsinin 4-cü ayəsidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap