header

 Avropa İranı nüvə sazişində saxlamaq üçün Tehrana bu təzminatları verəcək

İran və beşlik dövlətlərinin (Fransa, Britaniya, Almaniya, Rusiya, Çin) xarici işlər nazirləri ABŞ-ın çıxmasından sonra ilk dəfə olaraq Vyanada bir araya gəliblər. 4+1 dövlətləri bu toplantıda İrana təzminatlar paketini təqdim ediblər. İran bu təzminat paketini kafi hesab etməyib, lakin barəsində danışıqların aparılmasını davam etdirir.

Tashaio.com əl-Aləmə istinadla xəbər verir ki, ötən gün Vyanda keçirilən İran və beşlik dövlətlərinin toplantısından sonra Cavad Zərif müsahibə verərək nüvə sazişinin qorunub saxlanılması və Amerika sanksiyalarının təsirsiz edilməsi üçün Avropada siyasi iradənin olduğunu bəyan edib. Cavad Zərif əlavə edib ki, nüvə sazişində qalan dövlətlər İran neftinin alınması, bank əlaqələrinin qorunub saxlanılması, yükdaşıma zəminində əməkdaşlığın qalması, ticarət və investisiya zəminində İrana vədlər veriblər.

Cavad Zərif vurğulayıb ki, bu vədlər əməli şəkildə həyata keçirilməlidir.

Bundan öncə İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkellə telefon danışıqğında olub. İran prezidenti Avropa dövlətlərinin nüvə sazişində qalmaq üçün İrana verdiyikləri istisadi təzminat paketinin qeyri kafi olduğunu çatdırmışdı.

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İranla 4+1 dövlətləri arasında sözügedən sazişin qorunub saxlanılması haqda danışıqlara starat verilmişdi. Amerikanın nüvə sazişindən çıxması və bu sazişə qarşı hərəkətə keçməsi İranı və həmfikir ölkələri narahat edir. İran ABŞ-ın çıxmasından sonra Vaşinqtonun yerinin boş qalmaması üçün Avropadan təzminatlar tələb etməkdədir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin noyabr ayında dünya dövlətlərinin İranla razlaşdığı nüvə sazişindən birtərəfli şəkildə çıxdığını elan etmişdi. ABŞ rəsmiləri İrana qarşı sanksiyalar çərçivəsində bu ölkənin neft ixracını sıfıra endirməklə bağlı xəbərdarlıq mesajları verirdilər.

İran və beşlik dövlətlərinin (Fransa, Britaniya, Almaniya, Rusiya, Çin) xarici işlər nazirləri ABŞ-ın çıxmasından sonra ilk dəfə olaraq Vyanada bir araya gəliblər. 4+1 dövlətləri bu toplantıda İrana təzminatlar paketini təqdim ediblər. İran bu təzminat paketini kafi hesab etməyib, lakin barəsində danışıqların aparılmasını davam etdirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap