Terrorçular Deraada silahlarını qoyub təslim oldular
Posted on : Digər sahələr 07/07/2018
Suriyanın Dera bölgəsində terrorçular hərbi əməliyyatların dayandırılması və silahların təhvil verilməsi üzrə razılaşmaya getməyə məcbur olublar.
Faktxeber.com bildiri ki, bu barədə RİA "Novosti" xəbər yayıb.
Razılıq Rusiyanın vasitəçiliyi ilə baş tutub. Silahlıların statusunun nizamlanması, bəzilərinin ailə üzvləri ilə İdlib əyalətinə köçürülməsi, yaşayış məntəqələrində dövlət hakimiyyəti orqanlarının işinin bərpa olunması və İordaniya ilə sərhəddən qaçqınların öz evlərinə qayıtmasının təminatı üzrə razılığa gəlinib.