ABŞ-ın sabiq hərbçisi İranın sərnişin təyyarəsinə hücumun qəsdən olunduğunu yenidən etiraf edib
Posted on : iran 07/05/2018
ABŞ ordusunda psixoloji müharibə üzrə sabiq zabit etiraf edib ki, 1998-ci ildə İranın sərnişin təyyarəsinə hücum qəsdən və bu ölkəni ABŞ-la savaşa təhrik etmək məqsədi ilə olub.
Press TV-nin məlumatına görə, Skot Bennet ABŞ-ın Vinsens hərbi gəmisinin İranın sərnişin təyyarəsinə hücumunun ildönümü günündə deyib: Bu hücumun səhvən olmasını iddia etmək mütəxəssislər və adi insanların şüuruna hörmətsizlik etməkdir. Bu qəsdən törədilən hücumda ABŞ-ın o vaxtkı prezidenti Corc Buş birbaşa məsuliyyət daşıyır.
Skot Bennet xatırladıb ki, ABŞ vətəndaşları bu ölkə rəsmilərinin siyasətləri və İran əleyhinə hərəkətlərinə qarşıdırlar.
3 iyul ABŞ-ın Vinsens hərbi gəmisini İranın sərnişin təyyarəsinə 1998-ci ildə raket hücumunun ildönümü günüdür.
Bu dəhşətli cinayətdə 290 sərnişin və ekipaj heyəti, o cümlədən 66 günahsız uşaq şəhid oldu.