BMT: Səudiyyə koalisiyasının əl-Hüdəydəyə hücumunda 121 mindən çox insan didərgin düşüb
Posted on : Digər sahələr 07/05/2018
BMT məlumat verib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hücumu və Yəmənin əl-Hüdəydə limanındakı qarşıdurmalar nəticəsində 121 mindən çox sakin didərgin düşüb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin əl-Hüdəydə limanının işğalında məğlubiyyətlə üzləşməsi, bu hücumların müvəqqəti olaraq dayandırılmasını elan etməsinin ardınca, BMT bu hərbi təcavüz nəticəsində didərginlərin sayının artması ilə bağlı yeni hesabat verib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi əl-Hüdəydədə son qarşıdurmalar nəticəsində qeyri-münasib səhiyyə və tibbi vəziyyət haqda xəbərdarlıq edib.
Məlumata görə, əl-Hüdəydədə yeddi tibbi məntəqə son hücumların artmasına görə fəaliyyətini dayandırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 2015-ci il mart ayından Yəmənə hərtərəfli hücuma keçib. İndiyədək 14 mindən çox yəmənli həlak olub, on minlərlə nəfər yaralanıb və milyonlarla nəfər didərgin düşüb.
Buna rəğmən, səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək öz məqsədlərinə çata bilməmişlər.