header

 General Süleymani Ruhaniyə təşəkkür: Fəxr edirik ki...

General Süleymani Həsən Ruhaninin bəyanatlarına münasibət bildirib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) “Qüds” briqadasının komandiri, diviziya generalı Qasim Süleymani öz müraciətində ölkə başçısı Həsən Ruhaninin ABŞ və İsrail rejiminə olan mövqeyini yüksək dəyərləndirib və bunu Sepahın “qürur mənbəyi” adlandırıb.

“Biz Həsən Ruhaninin, əgər İran nefti ixrac edilməzsə, o zaman bütün regiondan neftin ixrac ediləcəyinə heç bir zəmanət olmayacağına dair bəyanatı və onun, sionist rejimə qarşı olan İran mövqeyini göstərən dəyərli sözləri ilə ilə fəxr edirik.”, - deyə Süleymani qeyd edib.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani bazar ertəsi günü ABŞ-ın İranın neft ixracatının dayandırılmasına dair bəyanatını şərh edərkən bildirib ki, “onlar öz sözlərinin mənasını dərk etmirlər, çünki, necə ola bilər ki, İran neft ixrac etməyəcək, amma region neft ixrac edəcək? Əgər siz bunu edə bilsəniz, onun aqibətini də görəcəksiniz!”

Ruhani həmçinin bildirib ki, ölkəsi İsrail rejimini qeyri-qanuni, onun regiondakı fəaliyyətini isə təcavüzkarcasına hesab edir.

General Süleymani Həsən Ruhaninin bəyanatlarına münasibət bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap