header

 Əziz İslam peyğəmbərinin(s) ümməti üçün ən çox narahat olduğu məsələlər

Həzrət peyğəmbər (s) bütün günah və pis əməllərin səbəbini əsas 3 yanlış düşüncədə bəyan edib.

İslam dininin tarixi uzaq keçmişə gedib çıxmır. Sonuncu peyğəmbərin (s) seçilməsindən və Quranın yer üzərinə nazil olmasından təxminən 1500 ilə yaxın vaxt keçib. İslamin ilkin çağlarından və keçən bu vaxt əzrində müsəlman ümmətinin başı çox bəlalar çəkib.

Müsəlman xalqları həm xarici hücumlara, həm də daxili zülümlərə çox şahid olublar. Bu səbəbdən Allah rəsulu (s) yaşadığı öz dövrünü dövürlərin ən yaxşısı adlandırıb. Çünki bu dövr sonuncu peyğəmbərin yer üzərində yaşadığı bir dövr olub.

 

İstər insanların başına gələn pisliklər və müsibətlər olsun, istərsə də yaxşılıqlar Quran bunun izahını bir cümlədə gözəl şəkildə belə bəyan edir:

 

“(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.” Ali-İmran-64

 

Ayə aşkar şəkildə bəyan edir ki, başınıza gələn bütün bəla və müsibətlər sizin öz nəfsinizdəndir. Yəni insanın həddi aşmasının, bir-birinə qarşı, hətta özünə belə zülm etməsinin nəticəsidir. Bütün bunlar insanın dünyanı düzgün dərk etməməsindən və özünü Allahın varlığı olaraq tam tanımamasından irəli gəlir.

 

Həzrət peyğəmbər (s) bütün günah və pis əməllərin səbəbini 3 əsas yanlış düşüncədə birləşdirərək belə bəyan edir:

 

Mən ümmətim üçün əsas 3 şeyə görə çox narahatam:

 

-Agahlıq və bildikdən sonra zəlaltə düşməkdən. (Quran və hədisləri oxuyub öz şəxsi rəyi ilə zəlalətə düşməkdən, təhlükəli fikirlər formalaşdırmaqdan)

 

-Azdırıcı fitnələrdən (Düşmənlərin müsəlmanlar arasında yaydığı yanlış düşüncələr, yanlış mədəniyyət, müsəlmanlar arasında düşmənçilik toxumu səpib onlar arasında təxribat yaradan düşmənlərdən və bunlara alət olan xainlərdən)

 

-Cism və qarın şəhvətindən. (Bu ən təhlükəli bəladır. Bu gün insanlar, bütün dünya insanlarının əksəriyyəti bu bəlaya düçar olub. İnsanlar qarın və ehtiraslarının əsiri olublar. Bu bəla cəmiyyətdə həya və iffətin aradan getməsinin ən əsas səbəbdir.)

 

Yaşar Nuriyev/İslaminSesi.info

Həzrət peyğəmbər (s) bütün günah və pis əməllərin səbəbini əsas 3 yanlış düşüncədə bəyan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap