Moqerini: AB Ermənistana 160 mln. avro yatıracaq
Posted on : qafqaz 07/05/2018
"Bütün erməni partiyaları yaxşı başa düşürlər ki, Avropa İttifaqı ilə tərəfdaşlıq ölkə üçün həyati vacib məsələdir".
FaktXəbər bildirir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Federika Moqerini deyib.
"Söhbət geosiyasətindən getmir, ilk növbədə iqtisadi artım, iş yerlərinin yaradılması və daha effektiv və güclü demokratiyadan gedir. Bizim yeni tərəfdaşlıq islahatlara dəstək üçün ideal zəmin təmin edir. Avropa Birliyi yaxın dörd ildə 160 milyon avro yatıracaq",-deyə Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi əlavə edib.